Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:38

Heydər Əliyevin vəfatından 13 il keçir


İlham Əliyevlə Heydər Əliyev
İlham Əliyevlə Heydər Əliyev

12 dekabr Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfat etdiyi gündür. 2003-cü il dekabrın 12-də Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etməsi barədə rəsmi məlumat yayıldı.

***

İlk dəfə Heydər Əliyevin vəziyyətinin kəskin pisləşməsi 2003-cü il aprelin 21-də Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edəndə olub. Çıxışı zamanı 80 yaşlı Əliyev əlilə ürəyini tutaraq yerə çökdü.

Cangüdənlər onu səhnədən apardıqdan 10 dəqiqə sonra Heydər Əliyev yenidən səhnəyə qayıtdı. "Mən danışanda çox narahat oldum, həyəcanlandım, çünki Naxçıvanski adına hərbi məktəb mənə övlad kimi çox əzizdir. Mən danışanda mənə təkcə dostlar deyil, həm də məni istəməyənlər baxırdılar və onlar məni gözə gətirdilər"- bunu Əliyev deyib. Səhnəyə qayıdaraq çıxışını davam etdirən Heydər Əliyev ancaq ikinci dəfə huşunu itirərək yenidən yıxıldı. .

Az sonra prezidentin mətbuat xidməti rəsmi məlumat yaydı ki, Heydər Əliyevin çıxışı zamanı huşunu itirməsinə səbəb arterial qan təzyiqinin ani olaraq kəskin surətdə aşağı düşməsi olub.

Sonralar məlum oldu ki, Heydər Əliyev yıxılarkən 6 qabırğası sınıb.

***

“Heydər Əliyevin vəfatının səbəbləri arasında damarlardakı şişlər və yırtıqlar nəticəsində ürəkdə əmələ gəlmiş problemlər göstərilirdi. Bakıda və Türkiyədə həkimlər deyirdilər ki, bu cür şişlərə “ürək-damar sisteminin fəaliyyətinə vaxtilə özbaşına müdaxilə” səbəb olmuşdur.Heydər Əliyevin 1987-ci ildə ilk dəfə keçirdiyi müəmmalı infarktın tarixçəsi xatırlanırdı.”- Azərtacın məlumatında belə deyilirdi.

KEÇMİŞ CANGÜDƏNİ DEYİRDİ ....

1982-ci ildən 1988-ci ilədək SSRİ DTK-nın 9-cu idarəsindən Əliyevin şəxsi mühafizəsi şöbəsinin rəisi olmuş Aleksandr İvanov Rusiyanın“Versiya” dərgisinə deyirdi ki, Heydər Əliyev Siyasi Büronun üzvü olarkən və hakimiyyətdə kəskin mübarizə gedərkən 1987-ci il mayın 11-də Moskvada müəmmalı infarkt keçirib.

Mühafizəçi deyir ki, infarktdan bir gün qabaq Mikhail Gorbaçov Heydər Əliyevə Siyasi Bürodan könüllü ərizə verib çıxmaq göstərişi vermişdi. Bir gün sonra isə infarkt oldu.“6 nəfərlik həkim briqadası gəldi. Onun birbaşa ürəyinə iynə vurdular”. Heydər Əliyevi xəstəxanaya aparsalar da iki gün huşsuz qalıb. Mühafizəşisi deyir ki,Heydər Əliyevi heç vaxt xəstələnən görməmişdi. İvanovun sözlərinə görə, sonralar Əliyev ona deyib ki, “ürək tutması və ardınca iynədən sonra nə isə qəribə bir şey baş verdi”.

***

2003-cü ildə yıxılandan sonra rəsmi məlumatlara görə, Heydər Əliyev əvvəlcə Türkiyənin Gülhanə hərbi tibb akademiyasında, daha sonra isə ABŞ-ın Klivlend klinikasında müalicə olunur.

***

2003-cü il avqustun 4-də, hələ müalicə alan Heydər Əliyevin sərəncamı əsasında Milli Məclis onun oğlu İlham Əliyevin Baş nazir təyin olunmasınıtəsdiq elədi. Müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırdı.

Heydər və İlham Əliyevlər
Heydər və İlham Əliyevlər

Əslində bu prosesin əsası hələ 2002-ci ildə keçirilən referendumla qoyulmuşdu. O vaxt Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezident öz səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri Baş nazirə keçirdi.

Buna qədər isə səlahiyyətlər parlamentsədrinə keçirdi.

***

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. başa vurub. Azərbaycan DTK-nın sədri, 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

1982-ci ilin dekabrında SSRİ rəhbərliyinə aparılaraq, Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilərək siyasi fəaliyyətdən kənarlaşdırılır.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir.

O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

1993-cü ildə ölkədə yaranan ictimai-siyasi böhranla bağlı H.Əliyev Bakıya dəvət edilir, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edir. 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG