Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri Stéphane Visconti-ni qəbul edib.
Xəbəri AZƏRTAC yayıb. Ancaq, hələlik, görüşün detalları açıqlanmır.
Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.