Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 20:52

Ekspert: 'Yerli icra hakimiyyətləri ləğv edilməlidir'


Bəördə rayon icra hakimiyyətinin internet səhifəsi, screen shot, 13 oktyabr 2012

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov yerli icra qurumlarının səlahiyyətlərinin bələdiyyələrə verilməsini qaçılmaz sayır

Bəzi rayonlara dotasiyanın kəsilməsi, o cümlədən bələdiyyəyə ayrılan maliyyənin azlığı gələn ilin büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı hökumətlə deputatlar arasında mübahisə doğurub.

Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə yerli icra hakimiyyəti orqanlarına ayrılan dotasiyanın kəsilməsinə və bələdiyyələrin subvensiya almaqla bağlı müraciətlərinə mənfi cavab verdiyinə görə, maliyyə naziri Samir Şərifova iradlarını bildirib. Nazirsə, öz növbəsində, regionlara dotasiyaların azaldılmasını mədəniyyət və təhsil sektorlarının mərkəzləşdirilmiş qaydada idarə edilməsi ilə, bələdiyyələrə subvensiyanın verilməməsini isə belə mexanizmin olmaması ilə izah edib.

Azərbaycan Parlamenti, Ombudsman Elmira Suleymanova hesabat verir, Baku, 4 mart 2011
Azərbaycan Parlamenti, Ombudsman Elmira Suleymanova hesabat verir, Baku, 4 mart 2011

“Xərcləri azaltsa da, şəffaf idarəçilik sayıla bilməz”

Bəs, əslində, vəziyyət necədir? İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanovun fikrincə, bəzi mərkəzi icra hakimiyyəti orqanlarının rayon şöbələrinin birləşdirilib regional formatda fəaliyyət göstərməsi əvvəlki idarəetmə üslubuna nisbətdə yaxşı haldır:

“Ancaq bu hal tam regional idarəetmə sayıla bilməz. Regional idarəetmənin əsas prinsipləri bütün yerli iqtisadi-sosial fəaliyyətlərin özünüidarəetmə üslublarına uyğun qurulmasıdır. İndiki birləşmələr müəyyən mənada inzibati xərcləri azaltsa da, keyfiyyətli və şəffaf idarəetmə üsulu sayıla bilməz”.

Birləşmələrin mərkəzi icra hakimiyyəti orqanlarının hamısına tətbiq edilmədiyinə diqqət çəkən ekspert deyir ki, nəticədə, istər yerli problemlərin həllinə, istərsə yerli idarəçiliyi gerçəkləşdirən orqanların inzibati xərclərinə maliyyə vəsaiti yenəmərkəzdən ayrılacaq:

“Bu maliyyə büdcədən ayrılsa da, büdcədənkənar fondlardan olsa da, mahiyyət dəyişməyəcək. Nəticə birdir: Yerli məsələlərin həllində əksmərkəzləşdirmə prosesi yoxdur”.

Azərbaycanda bələdiyyə seçkiləri, Bakı, 30 noyabr 2011
Azərbaycanda bələdiyyə seçkiləri, Bakı, 30 noyabr 2011

“Yerli məsələlərin həlli ilə bağlı səlahiyyətlər də bələdiyyələrə verilsin”

Rəcəb İmanov problemin başlıca çözümünü, ilkin olaraq, yerli icra hakimiyyəti orqanlarının ləğvində və bu istiqamətdəki fəaliyyətlərin bələdiyyələrə verilməsində görür:

“Bundan sonra mərhələli şəkildə yerli məsələlərin həlli ilə bağlı səlahiyyətlər də bələdiyyələrə verilir. Bu proseslərlə eyni zamanda həmin səlahiyyətlərə uyğun maliyyə vəsaitlərinin verilməsi mexanizmi və yerli özünüidarəetmədə işlək ictimai nəzarət formaları tətbiq olunmalıdır. Əks təqdirdə, istər yerli icra hakimiyyəti orqanlarına, istərsə bələdiyyələrə subvensiya, dotasiya və ya digər maliyyə vəsaitlərinin ötürülməsi səmərəli olmayacaq”.

Şərhlər (3)

Bu forum dayandırılıb

Günün bütün mövzuları

XS
SM
MD
LG