Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 00:32

XİN Ermənistanı günahlandırır


XİN

Dekabrın 8-i gecə saatlarında ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəvəti əsasında Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Hamburqda birgə işçi şam yeməyi baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat yayıb.

«Bundan əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq istəyi nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı»,-deyə o qeyd edib.

Hikmət Hacıyev bildirib ki, şam yeməyi əsnasında həmsədrlərlə növbəti ildə də danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Multimedia

XS
SM
MD
LG