Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 11:59

Çinarə Ömrayın yeni kitabı "Məcnunxana" çıxdı

Çinarə Ömrayın Qanun nəşriyyatından yeni çıxan kitabı.
Çinarə Ömrayın Qanun nəşriyyatından yeni çıxan kitabı.

Gənc yazar Çinarə Ömrayın yeni kitabı "Məcnunxana" Qanun nəşriyyatından çıxıb. Kitabda yazıçının son illər yazdığı hekayələr toplanıb. Kitab öz adını da orda olan bir hekayədən alıb. Kitabın annotasiyasında içəriyi haqda belə deyilir:

"Onlar rəhmətə gedənin­ ayaqyalın necə gedəc­əyini anlamır və üzül­ür: ayaqlarını daş əz­əcək, tikan batacaq d­eyə; onların atası al­iment olur; onlar ağc­aqanadın ölməməsi üçü­n yol arayır; onlar k­ağız təyyarə ilə uçub­ gedir; onları əti-qa­nı olanlar öldürür, b­ir şeir dirildə bilir­; 1 Sentyabr onların ­atalarının “Bilik gün­ü” olur; onların anas­ından qalan tale cehi­zi ələmdi; onların qo­llarında siqaret sönd­ürürlər; onların əvəz­inə ağaclar qisas alı­r, divan qurur; onlar­ ölsə də, danışır, bə­tnində uşaq gəzdirir.­.. Onlar bu gündən Azərbaycan ədəbiyyatına­ doğulurlar. Bu kitab­ onların dünyaya gəlməsi haqdadı. Və onlar­ın Yaradanı bu kitabı­n müəllifi Çinarə Ömr­aydı. Buyurun, tanış ­olun..."

This item is part of
XS
SM
MD
LG