Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 16:31

'Qarabağ' - 'Fiorentina: 1-2. 'Qarabağ' qrupdan çıxa bilmədi


Foto arxiv

Dekabrın 8-də futbol üzrə Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində Bakıda İtaliyanın “Fiorentina” klubuna 1:2 hesabı ilə məğlub olaraq qrupdan çıxmaq şansını əldən verdi.

Bununla da Ağdam təmsilçiləri Avropa Liqasında 3-cü dəfə 1/16 mərhələsinin bir addımlığından döndü.

“Qarabağ”ın zədəli futbolçusu Rəşad Sadıqov da "Fiorentina"naya qarşı oyunda əsas heyətdə meydana çıxmışdı.

Tam heyətlər.

13.İbrahim Şehiç, 55.Bədavi Hüseynov, 14.Rəşad Sadıqov, 18.İlqar Qurbanov, 2.Qara Qarayev, 6. Dino Ndlovu, 10.Muarem Muarem, 99.Dani Kintana, 15.Rahid Əmirquliyev, 20.Almeyda, 25.Ansi Aqolli.

“Fiorentina”: 12. Çiprian Tataruşanu, 2. Qonzalo Rodriqes (k), 5. Milan Badelu, 8. Matias Veçino, 10. Frederiko Bernardeşi, 13. Davide Astori, 15. Maksimiliano Oliviera, 19. Sebastian Kristoforo, 25. Frederiko Kyeza, 30. Kuma Babakar, 40. Nenad Tomoviç.

Qeyd edək ki, “Qarabağ”ın yaraşdığı J qrupunda 4 komandanın hamısının həm qrupdan 1/16 finala çıxmaq şandı, həm də qrupda qalmaq ehtimalı var.

Bu oyuna qədər qrupda vəziyyət belə idi.

1 Fiorentina 10 -xal
2 Qarabağ 7 -xal
3 PAOK 7-xal
4 Slovan 4 -xal

“Qarabağ” növbəti mərhələyə adlamaq üçün Bakıda keçirilən son oyunda mütləq “Fiorentina”ya qalib gəlməli idi.

“Slovan”la PAOK və “Qarabağ”la “Foprentina” heç-heçə oynuyacağı halda da "Qarabağ" qrupdan çıxacaq.

XS
SM
MD
LG