Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:52

Həyatda və yaradıcılıqda sevib-sevilənlər…


Film
Film

Dekabrın 8-də Nizami Kino Mərkəzində «Balet, ömrüm mənim» sənədli filminin təqdimatı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Dublyaj» studiyasında çəkilib.
Azərbaycanın görkəmli balet ustaları, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş filmin leytmotivi həyatda və yaradıcılıqdakı məhəbbətdir.

Filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi Rəhilə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.

Nizami Kino Mərkəzində əvvəlcə filmin yaradıcı heyəti, eləcə də çəkilişlərdə iştirak etmiş SSRİ Xalq Artisti Vladimir Vasilyevin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Azərbaycan baletinin qoşa qanadı- baletmeyster- Rəfiqə Axundova (1931) və Maqsud Məmmədov (1929) uzun illər həyatda və yaradıcılıqda birgə addımlayıblar.

Həm milli baletlərdə, həm dünya klassiklərinin əsərlərində mürəkkəb partiyaları ifa ediblər.

Bu usta baletmeysterlər 11 baletə birgə quruluş veriblər. Onların arasında Azərbaycan balet tarixinə qızıl hərflərlə yazılan «İldırımlı yollarla», «Yeddi gözəl», «Qobustan kölgələri» və «Babək» baletləri var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG