Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:16

Bakı da dünyada məşhur turist şəhərləri siyahısında


Trip-advisor
Trip-advisor

Nüfuzlu tripadvisor.com səyahət məsləhətçisi saytının ötən ilin oktyabrından bu ilin oktyabr ayına qədər topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri beşinci yerdə qərarlaşıb.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, reytinq siyahısı 43 istiqamət üzrə xüsusi uçuşlar, hotel və restoranların bron edilməsi və artan turist maraqları əsasında hazırlanıb.

Buna da bax:​ Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)

Saytın Asiya-Sakit okean regionu üzrə kommunikasiyalar direktoru xanım Janis Li Fanq reytinq sıralamasında önə çıxan şəhərlərin 2017-ci ildə də səyahət üçün üstünlük verilən məntəqələr arasında olacağına ümid etdiyini bildirib.

Xanım Janis Li Fanq əlavə edib ki, bu siyahı səyahətsevərlərin seçimlərinə öz müsbət təsirini göstərəcək: “Biz çox məmnunuq ki, Bakı populyarlaşmaqda olan turizm məntəqələri siyahısında ön sıralarda dayanır. Səyahətsevərlərin 65 faizi Azərbaycanı Şərqlə Qərbin qovşağında yerləşən qədim tarixə və möhtəşəm mədəniyyətə malik ölkə kimi səciyyələndirdi. Ümidvaram ki, bu gözəl şəhəri 2017-ci ildə də görmək istəyənlərin sayı çox olacaq”.

Buna da bax: Azərbaycanda yeni 'Turizm qanunu'nun qəbulu gözlənir

Siyahıda San-Xose-del-Kabo (Meksika), Uistler (Kanada), Jijoka de Jerikuakuara (Braziliya) və Kihei (Havay, ABŞ) kimi məşhur turistik ünvanlar yer alıb.

Onluqda El-Nido (Filippin), Eylat (İsrail), Las-Palmas (İspaniya), Tbilisi (Gürcüstan) və Jodhpurun (Hindistan) adı var.

Tripadvisor.com saytı 5-ci ildir ki, daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələrinin reytinq sıralamasını açıqlayır.

Buna da bax:

Bakıya niyə belə çox ərəb turistlər gəlir?
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG