Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:59

Qara bazara dollar hardan gəlir?


arxiv

Deputat Vahid Əhmədov Milli Məclisdə 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib: "Qara bazar məsələsinə ciddi yanaşaq. Əgər bu məsələ həllini tapmasa maliyyə bazarında çox ciddi fəsadlar yaranacaq.”

O soruşur ki, “bu gün Azərbaycanda dolların qara bazarı haradan yaranır? Qara bazara külli miqdarda dollar hardan gəlir? Kimlərin əli ilə daxil olur ?”

"Hüquq-mühafizə orqanları axı nəyə görə bu cür ciddi maliyyə qanunsuzluğuna göz yumurlar ?

Iqtisadçı ekspert Natiq Cəfərli iddia edir ki, qara bazara dollar banklar vasitəsilə daxil olur. Onun sözlərinə görə, külli miqdarda valyutanın başqa yerlərdən qara bazara daxil olması mümkün deyil.

Ekspert deyir ki, hüquq mühafizə orqanları istəsələr çox asan şəkildə bunun qarşısını ala bilər. Natiq Cəfərlinin bildirir ki, görünür, həm bankların, həm də hüquq-mühafizə orqanlarının bu məsələdə marağı var ki, bunun qarşısı alınmır.

Ekspert hesab edir ki, qara bazarın aradan qaldırılması üçün yenidən valyutadəyişmə məntəqələrinin işini bərpa etmək lazımdır.

Natiq Cəfərli: "qara bazara dollar banklardan gəlir"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00
Direct-ə keçid

Digər ekspert Vüqar Bayramov deyir ki, onların araşdırmalarına görə bəzi banklar qara bazarın fəaliyyət göstərməsində maraqlıdır - qara bazarın vasitəsi ilə bir sıra kommersiya bankları öz valyutalarının satışını həyata keçirirlər.

Ekspert deyir ki, problemin qaradan qaldırılması üçün Maliyyə Bazarına Nəzarət Palatası ciddi nəzarət həyata keçirməlidir. Onun fikrincə, hər hansı bir şəxsi həbs etməklə qara bazarı aradan qaldırmaq mümkün deyil. Ekpert bildirir ki, qara bazarı aradan qaldırmaq üçün Palata bankların gündəlik monitorinqini həyata keçirməlidir.

Vüqar Bayramov:" bəzi banklar qara bazarın fəaliyyətində maraqlıdır"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov da iddia edir ki, bu qədər valyuta ancaq bank sistemində ola bilər. Onun sözlərinə görə qara bazara da valyuta birbaşa banklardan və bank sahiblərindən gəlir.

Ekspert deyir ki, istisna etmək olmaz ki, bu qədər valyutanı ya Neft Fondu, ya da Mərkəzi bank özü çıxarır. Ancaq Əkrəm Həsənov bunun real ola biləcəyini düşünmür.

Qara bazarın inzibati yollarla aradan qaldırılmasına gəlincə, ekspert deyir ki, ola bilsin ki, hüquq mühafizə orqanları banklarla əlbirdirlər.

Əkrəm Həsənov: "bu qədər valyuta ancaq bank sistemində ola bilər"
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

XS
SM
MD
LG