Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:58

Bertolucci "Parisdə son tanqo" filmində zorlama iddialarına cavab verir


"Paristə son tanqo" filmindən bir səhnə
"Paristə son tanqo" filmindən bir səhnə

"Parisdə son tanqo" filminin rejissoru Bernardo Betolucci növbəti dəfə filmdə Marlon Brando və Maria Schneider-in oynadığı bir səhnədə yağdan istifadə olunaraq zorlama iddialarına münasibət bildirib.

İddialara görə 1972-ci ildə çəkilən məşhur filmdə Marlon Brando o vaxt cəmi 19 yaşı olan Maria Schneider-i zorlayıb.

Məsələ ondadır ki, zorlama zamanı yağdan istifadə olunub və bu detalı ancaq rejissoz Bertalucci və Brando öz aralarında danışaraq filmə əlavə ediblər.

Buna da bax: Hollywoodun "vəhşi" ləqəbli xaç atası - Marlon Brando

2013-cü ildə "La Cinémathèque Française" adlı tədbirdə iştirak edən Bertolucci iddiaları qismən də olsa qəbul edib: "Zorlamada yağdan istifadə edilməsi ilə bağlı detalı Marlonla mən çəkilişdən əvvəl müzakirə edərək filmə əlavə etmişdik".

Ancaq bu yaxınlarda eyni mövzunun yenidən gündəmə gəlməsi nəticəsində Bertalucci açıqlama vermək ehtiyacı hiss edib. O "Variety" dərgisinə deyib:

"Parisdə son tanqo" filminin posteri.
"Parisdə son tanqo" filminin posteri.

"İstərdim son dəfə mətbuatda yayılmağa davam edən bu gülünc yanlışanlaşılmaya aydınlıq gətirim. Maria filmdə çəkiləcək hər şeydən xəbərdar idi, çünki bunlar ssenaridə açıqca göstərilmişdi. Təkcə zorlanma səhnəsindəki yağ detalı filmə sonradan əlavə edilib"

Bertolucci-yə görə bu detalı filmə ona görə əlavə etməyə ehtiyac duyub ki, Schneider-in zorlama qarşısında emosiyaları canlı və təbii alınsın.

"İstəyirdim o özünü təhqir olunmuş kimi hiss etsin. Məncə o sözügedən detalı filmə əlavə edib özünə xəbər vermədiyimiz üçün mənə də, Marlona da nifrət edirdi. Əslində isə məqsədimiz onu təhqir etmək deyil, sadəcə gerçək emosiyalar əldə etmək idi. Ancaq sonradan o bütün həyatı boyu mənə nifrət etdi".

Xatırladaq ki, "Paristə son tanqo" filmi Maria Schneider-ə möhtəşəm məşhurluq gətirib, ancaq bununla belə ona porno aktrisa yarlığı da yapışdırıb. Bertalucci-nin filmindən sonra ona çoxlu sayda bənzər rollar təklif olunub. O bunlardan bəzilərini qəbul edib də, məsəlçün Tinto Brass-ın "Caligula" filmindəki zorlama, açıq-saçıqlıqla dolu Drusilla rolunda da çəkilib.

Buna da bax: Baxılmalı 10 italyan filmi

Uzun müddət narkotika asılılığından əziyyət çəkən aktrisa Maria Schneider 2011-ci ildə xərçəngdən dünyasını dəyişməzdən öncə verdiyi bir müsahibəsində filmdəki səhnə haqda deyirdi: "Mən gərək ya öz agentimə ya da vəkilimə zəng edəydim və onlar çəkiliş meydançasında iştirak edəydilər, çünki məndən xəbərsiz olaraq ssenariyə salınmış bir şeyi yaşamaq məcburiyyətində qalmışdım. O səhnə çəkilərkən Marlon mənə deyirdi ki "Maria narahat olma, bu sadəcə filmdir", ancaq mən orda yaşananları gerçəkdən də yaşamışdım və ordakı göz yaşlarım da həqiqiydi. Açığı özümü təhqir olunmuş və bir az da zorlanmış kimi hiss edirəm. Həm Marlon və həm də Bertolucci bu zorlamada iştirak etmişdilər". - deyə o 2007-ci ildə verdiyi müsahibədə danışırdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG