Xarici işlər naziri Elmar Məmmədyarov bu həftə Belçika və Almaniyaya işgüzar səfər edəcək.
Xəbəri Xarici İşlər Nazirliyi yayıb.
Xəbərdə qeyd edilir ki, E.Məmmədyarov dekabrın 7-də Brüssel şəhərində NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirlərinin toplantısına qatılacaq.
Daha sonra isə Hamburq şəhərində keçiriləcək ATƏT-in XXIII Nazirlər Şurasının iclasında iştirak etməkdən ötrü Almaniyaya gedəcək. Həmin toplantı dekabrın 8-i və 9-da keçiriləcək.
Sözügedən tədbirlərdə E.Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.