Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:14

'Trump ağıllıdır' - Putin


V.Putin

Rusiya prezidenti Vladimir Putin deyib ki, o, yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın ağıllı adam olduğuna inanır, onun öz vəzifəsinin məsuliyyətini tezliklə dərk edəcəyinə ümidlidir.

Dekabrın 4-də NTV kanalına müsahibəsində V.Putin bildirib ki, D.Trump-ın biznesdəki uğurları onun qabiliyyətini göstərir: «Biz onun yeni vəzifəsində də bu cür bacarıqlı olacağını gözləyirik».

Keçən ay Kreml V.Putin-lə D.Trump-ın telefon söhbəti zamanı münasibətləri yoluna qoymaq barədə razılığa gəldiyini elan etmişdi. Dekabrın 1-də isə V.Putin Moskvanın D.Trump-la əməkdaşlığa hazır olduğunu bir daha bəyan etdi. D.Trump da Rusiyayla sıx əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə vurğulayıb.

XS
SM
MD
LG