Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

Cənubi Amerika kubokunun qəzaya düşən "Şapekoense” klubuna veriləcəyi gözlənilir


Foto arxiv

“2016 Cənubi Amerika kuboku”nun bugünlərdə təyyarə qəzasına düşən Braziliyanın “Şapekoense” klubuna veriləcəyi gözlənilir.

Xarici idman portallarının məlumatına görə, finalda “Şapekoense” ilə görüşməli olan Kolumbiyanın “Atletiko Medelin” klubu bununla bağlı Cənubi Amerika Futbol Konfederasiyasına müraciət edib. Federasiyanın prezidenti Alejandro Dominqes təklifi müsbət qarşılayıb və qurumun İcrayə Komitəsinindekabrın 21-də keçiriləcək iclasında yekun qərar veriləcəyini deyib.

Xatırladaq ki, “Şapekoense” klubu “Atletiko Medelin”lə finalın ilk oyununa gedərkən Kolumbiya üzərində təyyarə qəzasına düşüb.

Nəticədə futbolçular və jurnalistlər də daxil olmaqla 71 nəfər həlak olub.

3 futbolcu qəzadan sağ çıxıb.

Bunlar qapıcı Jakson Folman, müdafiəçi Helio Neto və Alan Ruşeldir.

Reutersin məlumatına görə, həkimlər Jakson Folmanın sağ ayağını kəsməli olublar.

İlkin versiyaya görə, qəzaya səbəb yanacaq çatışmazlığı ola bilər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG