Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Yanvar, Cümə axşamı, Bakı vaxtı 06:00

AmCham hökumətə tövsiyələr verdi


Foto illüstrasiya

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) «Bazel II» bank standartına keçmək imkanına baxmağı tövsiyə edir.

Maliyyə sektoruna aid blokda AmCham MBNP-yə minimal kapital tələbini dəyişməyi, proses və risklərdən ötrü yeni minimal standartın tətbiqini, bankların hesabatlarının açıqlamasında daha çox şəffaflıq tövsiyə edir.

AmCham qeyd edir ki, bank və maliyyə sektoru ölkədə inkişaf etmiş sektorlardandır. İqtisadiyyat çətinliklə üzləşəndə, dövlət yardımı davam etməlidir. Daha sabit bank sektoru sosial və iqtisadi vəziyyətə müsbət təsir edər.

AmCham həmçinin, «Kredit büroları haqqında» qanunun qəbul edilməsini istəyir. Bu, istehlakçıların marağını qoruyar, maliyyə strukturlarının risklərini azaldar.

İnkişaf etmiş ölkələrin Mərkəzi Bankları 1974-cü ildə İsveçrənin Bazel şəhərində Bazel Komitəsini təsis ediblər.

Bazel Komitəsi 1999-cu ildə «Bazel-II» sazişini yayımlayıb.

«Bazel-II» bankların kapital imkanlarının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı bir çox dövlətlərdə tətbiq edilən standartlar toplusudur.

1996-cı ildə yaradılmış AmCham 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal tərəfdaşlardan ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir.

Dekabrın 1-də Amerika Ticarət Palatası və ADA Universitetinin təşkilatçılığı ilə Bakıda ilk dəfə Azərbaycan-ABŞ biznes forumu keçirilib.

XS
SM
MD
LG