Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:04

Hökumət 5 qəpiklik qazı 20 qəpiyə satacaq


Qaz sobası
Qaz sobası

Tarif (qiymət) Şurasının təbii qazın qiymətini artırması ağla belə bir sual gətirir: bu qaz neçəyə başa gəlir ki, hökumət onu bahalandırır? Yəni, hökumət qiyməti dəyişməsə idi, zərər edərdimi?

Dövlət Neft Şirkəti (SOCAR) təbii qazın maya dəyərini açıqlayıb. Şirkətin 2015-ci il üzrə illik hesabatına görə, ötən il 1000 m3 qazın faktiki istehsal maya dəyəri 39.74 manat təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 2.55 manat və ya 6.8% artım deməkdir.

XƏRCLƏR NECƏ ARTIB

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibi belə görünür: material xərclərinin xüsusi çəkisi -3.5%, əməkhaqqı xərcləri – 9.9%, sosial sığorta ayırmaları – 2%, amortizasiya ayırmaları– 31.1%, təmir xərcləri - 9%, əsas vəsaitlərə texniki xidmət – 1.8%, nəqliyyat xərcləri – 17.2%, mədən vergisi – 14.9% və s.

Hesabatda deyilir ki, SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb. Qazın maya dəyərinin artması bir il öncəyə nisbətən belə dəyişib: əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3295 min manat (4.6%), nəqliyyat xərcləri 1280 min manat (3.2%), mühafizə xərcləri 748 min manat (22%), digər vergilər üzrə 1642 min manat (20%) və digər xərclər üzrə - 629 min manat (13.4%) artıb.

SOCAR-ın hesabatına əsaslansaq, gələn il 1000 m3 qazın maya dəyərini maksimum 50 manatdan götürə bilərik. Bu halda, hökumət 1 m3-i 5 qəpik olan qazı 20 qəpiyə satacaq.

Tarif Şurasının noyabrın 28-də keçirilən toplantısında qazın və elektrikin qiymətləri qaldırılıb. Qazın qiyməti əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılardan ötrü dəyişdirilmir, 1 kubmetrə görə mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Ancaq illik istehlak həcmi 1500 kubmetrdən çox olan hissə 1 kubmetrə görə 20 qəpikdən hesablanacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG