Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:07

İranda azərbaycanca yeni dərgi "Sədaqət" çap olunmağa başladı


İranda çap olunan "Sədaqət" dərgisinin üz qabığı.
İranda çap olunan "Sədaqət" dərgisinin üz qabığı.

2016-cı il noyabr ayından başlayaraq İranda “Sədaqət” adlı azərbaycanca-farsca mədəni-ədəbi fikir dərgisi nəşr olunmağa başlayıb. Dərginin qurucusu və redaktoru uşaq yazarı Nazilə Cavadbəylidir. O bundan öncə qardaşı Araz Cavadbəyli ilə birgə “Qələmdən hədəfə yayınları” adlı mədəniyyət mərkəzini qurub.

50-dən çox İran azərbaycanlısı yazıçısı, şair, tərcüməçi və tədqiqatçının bir yerə toplanması nəticəsində ortaya çıxan dərgidə İran və dünya türklərinin mədəni, sənət, ictimai, tarixi və milli mövzuda yazıları çap olunacaq.

Buna da bax: '39 il qadağadan sonra İranda Azərbaycan dili tədris olunur'

Dərginin bu sayında Başqırdıstan mənşəlli etnoqraf Abdulkadir İnanın, türk alimi Pofessor, Doktor Murat Urazın, Azərbaycan şairi Zəlimxan Yaqubun, tədqiqatçı alim Minaxanım Təkəlinin əsərləri yer almış. Azərbaycan şairi Əbdülqasim Nəbatinin nəvəsiylə, həmçinin İran azərbaycanlısı olan elm adamları və tanınmış idmançılardan müsahibələr yer alıb. Dərgidə həmçinin Xorasan, Qaşqay və Xələc türkləri haqda araşdırma məqalələri verilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG