Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 04:58

1500 məscid imam və axundsuz fəaliyyət göstərir


Nardaranda məscid

Azərbaycanda 2100 məscid var və onlardan 600-ə yaxınına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) axund və imam təyin edib.

«Report»un xəbərinə görə, bunu QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli bildirib.

S.Həsənlinin deməsinə görə, digər 1500 məscid isə imam və axundsuz fəaliyyət göstərir: «Bu da digər təriqətlərin nümayəndələrinin boş qalan məscidlərdən istifadə etmələrinə və dağıdıcı təbliğatla məşğul olmalarına gətirib çıxarır. Onlar insanların beynini cihad fikirləri ilə doldururlar».

S.Həsənli deyib ki, universitetin tələbələrinin 46-47 faizi qızlar olduğundan, onları imam və axund göndərə bilmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG