Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:37

Böyük terrorun cəlladları


Foto: arxiv, Belarus, NKVD generalları
Foto: arxiv, Belarus, NKVD generalları

"Memorial" beynəlxalq hüquq müdafiə təşkilatı “Böyük Terror” dönəmində (1935-39-cu illərdə) işləmiş 40 min NKVD əməkdaşı haqqında məlumatı açıqlayıb.

"Memorial" beynəlxalq hüquq müdafiə təşkilatı “Böyük Terror” dönəmində işləmiş 40 min NKVD əməkdaşı barədə məlumatı dərc edib. Təşkilatın saytında Andrey Zhukov-un "SSRİ dövlət təhlükəsizlik orqanlarının kadr heyəti. 1935-1939" adlı məlumat bazası yerləşdirilib. Məlumat bazasının əsas informasiya mənbəyi SSRİ NKVD-sinin şəxsi heyətlə bağlı əmrləridir.

Məlumat bazasında xüsusi rütbələrin verilməsinə və NKVD-dən çıxarılmaya dair əmrlərin nömrə və tarixləri, dövlət mükafatları barədə məlumat və s. əks olunub. Əmrlərdə əksini tapan məlumat başqa mənbələrdən götürülən bilgilərlə tamamlanıb. Məlumat bazasının hazırlanmasına 15 il vaxt sərf olunub.

Buna da bax: Azərbaycana kimlər rəhbərlik edib (son 97 ilin TimeLine-ı)

Bazada təxminən 4 min 500 bioqrafik məlumat var.

“Bu məlumat bazası unikaldır”

Jan (Yan) Rachinsky
Jan (Yan) Rachinsky

"Memorial" beynəlxalq təşkilatının həmsədri Yan Rachinski məlumat bazasının necə hazırlandığından, kimlərə fayda verə biləcəyindən söz açır. O deyir ki, bu bazası ixtisasca hüquqşünas Andrey Zhukov-un çoxillik ağır zəhmətinin məhsuludur:

"Sovet dövrünə aid məlumat mənbələri kasadvə arxivlərin xeyli hissəsi, xüsusən NKVD-yə aid sənədlər hələ də əlçatmaz olduğundan, bu məlumat bazası unikaldır".

Buna da bax: 37-ci ildə Əhməd Cavadın “murdar sifətini açan” qadın kim idi?

Yan Rachinski-nin sözlərinə görə, bu layihə ilk növbədə tarixçilər üçün nəzərdə tutulub:

"Müxtəlif postsovet ölkələrində... repressiya və cinayət qurbanlarının adlarının ortaya çıxarılmasından ötrü yetərincə çox iş görülüb. Ancaq belə alınıb ki, cinayətin qurbanları var, amma sanki canilər yoxdur. Vilayət idarələrinə rəhbərlik edən bir neçə yüz əsas başçının adı çəkilsə də, onların, əslində, heç vaxt bilavasitə istintaqla, qondarma işlər düzüb-qoşmaqla bağlılığı olmayıb. Bu işlərlə onların adları bilinməyən əlaltıları məşğul olub. İndi bu 40 min adın arasında istintaq aparan, ittihamları saxtalaşdıran, cinayətə yol verənlərin, demək olar, hamısının adı var".

Sovet NKVD məktəbinin kursantlar Novosibirsk, 1930
Sovet NKVD məktəbinin kursantlar Novosibirsk, 1930

“Cəlladlar, sadəcə, əmr quludurlar”

Rachinski deyir ki, bu cinayətlərin məsuliyyəti, ilk növbədə, insanlara qəsdən işgəncə verənlərin və ittihamları saxtalaşdıranların üzərinə düşür:

Buna da bax: Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'

"Normal insan üçün iyrənc və ağlasığmaz peşə olsa da, cəlladlıq,sadəcə, icraçılıqdır. Cəlladlar kimi güllələdiklərini, ittihamın doğru, ya qurama olduğunu bilmirdilər. Onların arasında bunu bilənlər də vardı, ancaq əksəriyyəti, sadəcə, o qədər də inkişaf etməmiş əxlaqi meyarlara malik cahil insanlar idi... Məncə, insanlar əcdadlarının başına gələnləri, buna görə kimin məsuliyyət daşıdığını... araşdırmalıdırlar".

Rachinski daha sonra bu məsələnin bəzi incəliklərinə toxunur:

"Əslində, günahkarları müəyyənləşdirmək çətin deyil. Qohumların arxiv-istintaq işi ilə tanış olmaq hüququ var. Orada həbs sanksiyası verənlərin də, saxta arayış tərtib edənlərin də, sorğu-sual edənlərin də, istintaqı aparanların da, saxta ittiham aktını tərtib edənlərin də adları var. Bax, günahkarlar, bilavasitə, bu insanlardır. Əlbəttə, Stalin və başqaları da var... Onlar işlərə sadələşdirilmiş qaydada baxılmasına dair qanun qəbul etmişdilər... Ancaq icra edənlər, ittihamı düzüb-qoşanlar və işgəncə verənlər başqa adamlar idi. Bax bu onların siyahısıdır. Güllələyənin günahı daha azdır, çünki düşməni, qatili, yoxsa başqa bir adamı güllələdiyindən xəbərsiz idi. Belələri çox halda ağıldankəm insanlar olublar. Başqaları belə bir peşəyə meyl salmazdılar”.

Foto: arxiv
Foto: arxiv

“Mənim düşüncəmə görə...”

Rachinski fikrini belə davam etdirir:

“Mənim düşüncəmə görə, insanlığa qarşı cinayət işləmiş adamların adlarını ictimailəşdirmək lazımdır. Heç cür anlamıram ki, necə olur partizanlara kömək etdiklərini düşünərək bir kəndin 20 sakinini güllələmiş hansısa... nasist hərbçisi sülh şəraitində daha çox sayda insanlara qondarma ittihamlar uydurmuş, onların qətlinə fərman vermiş adamdan daha böyük cinayətkar sayılır?Nəyə görə bəzilərini xatırlamaq və qınamaq, ancaq digərlərinin günahını bağışlamaq lazımdır? Məncə, bu gün də əmrləri şüursuz gerçəkləşdirənlər anlamalıdır ki, şəxsi cavabdehlik deyilən bir anlayış var və20; 50 və ya 70 ildən sonra onların adları və əməlləri üzə çıxarılacaq. Fikrimcə, bu da yetərincə vacib məsələdir, çünki söhbət ondan gedir ki, tarixi insanlar yazır və hər kəs bu barədə düşünməlidir”.

“Mədəni insan o qədər də mədəni olmayandan fərqlidir”

Buna da bax: E. İsmayılov: «Bağırov 1937-ci ildə plenumda deyir: «Bu faktı mənə kim çatdırdı? Səməd Vurğun...» [Video]

Rachinski “şəxsi cavabdehlik” məqamını ayrıca vurğulayır:

“Bu, ilk növbədə, şəxsi cavabdehlik məsələsidir. Şəxsi məsuliyyət olmadan normal cəmiyyət mümkün deyil. Tarixi bilmək, öz tarixini anlamaq da mədəniyyətin bir hissəsidir. Bu, mahiyyətcə müəyyən bir gigiyena elementidir. Bu, sadəcə, mədəni insanın o qədər də mədəni olmayan insandan fərqidir. Biz çağdaş topluma çevrilmək istəyiriksə, indiki duruma necə gəlib çıxdığımızı anlamalıyıq.Kommunist rejimini adekvat qiymətləndirmədən mahiyyətcə ondan fərqli bir şey yarada bilmərik".

Rachinski-nin fikrincə, indiki nəsil məhz azad olmaq üçün ötən əsrin 30-40-cı illərində baş verənləri öyrənməli və anlamalıdır.

"Patriarx insana sitayişin günah olmasından danışırdı. Ancaq mənə elə gəlir ki, biz daha təhlükəli günah işlədirik - dövlətə sitayiş. Bizim vətəndaşlarımızın çox hissəsi üçün dövlət müqəddəsdir, bir növ ən yüksək dəyərdir. Onun uğrunda nə desən eləmək olar və bu zaman özünü hər hansı əxlaqi normalarla məhdudlaşdırmaq gərək deyil... Dövlət bizim öz rahatlığımız üçün işlətdiyimiz qurğudan başqa bir şey deyil. Cəmiyyətdə belə bir anlayış yoxdur. Vətəndaş nəzarətindən yaxasını qurtarmış dövlət anlayışı həmin vətəndaşlar üçün təhlükəlidir... Bu mənada stalinizmin tarixi,bolşevizmin tarixi çox öyrədici bir nümunədir".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG