Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 18:31

Adanada partlayış - 2 ölü


Türkiyədə terror. Foto arxiv

Türkiyənin cənubunda, Adana şəhərində partlayış olub, 2 nəfər ölüb, 16 yaralı var.

Rəsmi məlumata görə, Adana bələdiyyə idarəsinin yaxınlığında bir avtomobil partlayıb. Hadisəni qadın intiharçının törətdiyi güman edilir. Şəhərin bələdiyyə sədri Mahmut Demirtaş-ın dediyinə görə, partlayış onun ofisinin girişi yaxınlığında olub.

Türkiyənin AB məsələləri üzrə naziri Ömer Çelik Twitter hesabında bunun terror aktı olduğunu yazıb: «Lənətə gəlmiş terrorun hədəfi yenə xalqımızdır. Biz terrorla sona qədər mübarizə aparacağıq».

Türkiyədə son bir ildə terror hücumlarının sayı artıb. Hadisələrə görə məsuliyyəti ya kürd, ya da «İslam Dövləti» (İŞİD) yaraqlıları boynuna götürür.

XS
SM
MD
LG