Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 04:17

D.Trump iqlim haqda bir daha düşünəcək


Donald Trump

Yeni seçilmiş ABŞ prezidenti Donald Trump iqlim dəyişikliyi ilə bağlı müqavilə haqda daha ətraflı düşünəcəyini deyib.

Seçki kampaniyası zamanı D.Trump ölkəsini iqlim dəyişikliyi haqda Paris anlaşmasından çıxaracağını bildirmişdi. «The Nyu York Times»ın əməkdaşlarıyla görüşdə o, insanların fəaliyyətiylə qlobal istiləşmə arasında əlaqə olduğunu düşündüyünü, ona görə də anlaşma barədə tez qərar verməyəcəyini söyləyib.

Paris anlaşması istiləşməyə səbəb olan tullantıların azalmasını nəzərdə tutur. D.Trump-ın anlaşma haqda seçkidən əvvəlki çıxışları ətraf mühit müdafiəçilərini və alimləri narahat etmişdi.

XS
SM
MD
LG