Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 08:29

'Azadlıq' qəzetinin bölgə müxbiri polisə aparılıb


BŞBPİ

«Azadlıq» qəzetinin bölgə müxbiri Ziya Əsədli noyabrın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparılıb. Saat 19 radələrində sərbəst buraxılıb.

Azadliq.info-nun xəbərinə görə, onu BŞBPİ-də bölgə müxbiri kimi göstərdiyi fəaliyyət, Facebook statusları və baş redaktoru Qənimət Zahidlə şəxsi əlaqələri barədə sorğu-suala tutublar.

Z.Əsədli Biləsuvar rayonunda yaşayır.

«Azadlıq» qəzeti hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda bölgə müxbirinin polisə aparılıb şəxsi və ictimai fəaliyyəti ilə bağlı sorğu-sual edilməsini qətiyyətlə pisləyir. Bunu azad sözə basqının daha bir əlaməti kimi qiymətləndirir.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG