Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 03:55

Putin: “Saakashvilinin qubernator təyin edilməsi Ukrayna xalqı üçün təhqirdir”


Vladimir Putin
Vladimir Putin

“Mikheil Saakashvilinin Odessa vilayətinə qubernator təyin edilməsi odessalılar və Ukrayna xalqı üçün təhqirdir”.

Bunu Rusiya prezidenti Vladimir Putin “Ukrayna od içində” filminin rejissoru Oliver Stounla söhbətdə deyib.

“Bu sadəcə odessalılar və Ukrayna xalqına tüpürməkdir, təhqirdir. Ona hətta ABŞ-da belə iş vizası vermədilər.

Onun işə girmək istədiyi universitet daimi işə götürmək istəmədi. Amma o, Odessanın qubernatoru ola bilər.Ukraynada bu vəzifəni icra edən peşəkar və layiqli adamlar yoxdur?” deyə Putin vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroshenko 2015-ci ilin mayında Saakashvilini Odessa vilayətinə qubernator təyin edib və buna görə ona Ukrayna vətəndaşlığı verilib.

Hakimiyyəti korrupsiyada ittiham edən Saakashvili noyabrın 7-də bu vəzifədən istefa verib və mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını elan edib.

XS
SM
MD
LG