Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:39

Holodomordan bəhs edən ilk Qərb filmi "Acı məhsul" ekranlara çıxır


"Acı məhsul" filmindən bir kadr.
"Acı məhsul" filmindən bir kadr.

1930-cu illərdə Sovet diktatoru Joseph Stalin-in təşkilatçılığı ilə Ukraynada yaradılmış məqsədli aclığın nəticəsində baş vermiş genosid hadisəsi kanadalı rejissor George Mendeluk tərəfindən çəkilən yeni film “Acı məhsul” da əks olunub. Film 2017-ci ilin fevral ayında ekranlara çıxacaq.

“Acı məhsul” filmidən bir-birini sevən iki gənc Yuri və Natalkadanın sakit həatını pozan Sovet hakimiyyətinin qurulması və onların Ukraynada “Holodomor” adıyla tanınan qurma aclıqla mübarizə aparmalarından bəhs edir.

Buna da bax: Böyük aclıq illərində avstriyalı fotoqrafın çəkdikləri

İnsanların bir torba qarğıdalı dəni oğurladığına görə həbsə atıldığı dövrdə, Yuri zülmkar Sovet məmurlarına qarşı mübarizədə həlledici fiqura çevrilir.

Ukraynada "Holodomor" dövründə küçədə acından ölmüş adam, 1933.
Ukraynada "Holodomor" dövründə küçədə acından ölmüş adam, 1933.

​Filmdə Ukrayna kəndlilərinin əkib becərdikləri məhsulun Sovet hökümətinin məmurları tərəfindən zorla əllərindən alınması və insanların ac qoyulması təsvir olunur. Ərzaqını gizlədən hər kəs ya həbsə atılır, ya da Sibirə sürgün edilir. Həmçinin Sovet hakimiyyəti insanlara yaşadıqları ərazini tərk etməyi də qadağan edir və beləliklə onları zorla aclığa məhkum edir.

Təqribi hesablamalara görə 1932-1933-cü illər ərzində Ukraynada 2 milyonla 10 milyon arası insan aclıqdan ölüb.

Ukrayna tarixçilərinin çoxunun fikrincə “Holodomor” Stalinin Ukraynadakı miliyyətçi hərəkatı və kəndlilərin anti-sovet üsyanını yatırtmaq üçün bir intiqam üsulu idi.

Buna da bax: Vitaly Mansky indi də Krımın işğalından film çəkib

Aclıq milyonlarla insanın həyatını almasına baxmayaraq, Sovet hakimiyyəti tərəfindən ciddi şəkildə gizlədilmiş və ancaq 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra gün üzünə çıxmışdı.

Bununla bağlı filmdə belə bir səhnə də var, Sovet rəsmiləri aclığı planlaşdıran Stalinə deyirlər: “Bu milyonlarla insanın ölümünə səbəb olacaq”.

“Kimin bundan xəbəri olacaq ki?” – deyə Stalin cavab verir.

Xatırladaq ki, Ukrayna Parlamenti 2003-cü ildə “Holodomor”u genosid kimi qəbul edib. Elə həmin il BMT də Holodomor-un Ukrayna xalqının milli faciəsi olduğunu və Sovet İttifaqında hakimiyyət başında olan totalitar rejim tərəfindən törədildiyini elan edən bəyanat qəbul edib.

"Acı məhsul" filminin treyleri.

Filmin baş rollarında oyanayan Yuri və Natalka ingilis və amerikalı aktyorlar olsa da filmin rejissoru George Mendeluk və ssenari müəllifi Both Bachynsky-Hoover-in ulu babaları Ukraynada Holodomoru şəxsən yaşamış və ordan köçmüş ukrainlərdir.

“Mən anamın özünün və ailəsinin Holodomor adlı terrordan xilas olmaq üçün hansı yollara əl atdıqları haqda əhvalatları dinləyərək böyümüşəm. Bütün bunlar baş verərkən dünyanın heç nədən xəbəri yox idi” – deyə Mendeluk filmin rəsmi saytına danışır.

“Bu günki mətbuatdan bildiyiniz kimi Stalinin uzun kölgəsi hələ də Ukraynanın üzərindədir, ancaq bizim əhvalatımız sevginin hər şeyə qalib gəlib onların üzərinə çıxmasından bəhs edir”. – o deyir.

Filmin əsas hissəsi Kiyevin 10 kilometrliyində yerləşən Piroqovda çəkilib. Filmin çəkiliş komandası çəkilişlər haqda hakimiyyətə xəbər verməyiblər, çünki film çəkilən zaman, yəni 2013-cü ildə hakimiyyət başında Victor Yanukovych olub və onun komandası Holodomoru genosid olaraq qəbul etmirdi. “Acı məhsul”un son səhnələri artıq Yanukovych devrilib ölkədən qaçdıqdan sonra 2014-ci ilin fevralında çəkilib.

Buna da bax: Rusiyada II Nikolayın sevgi macərasından bəhs edən film etirazlara səbəb olub

Filmin ilk premyereası ABŞ-da Amerika Film Market Festivalında 2015-ci ilin 9 noyabrında baş tutub. Bundan sonra o Berlinale və Kann Film Festivallarında da göstərilib.

Filmin prodüseri Ian Ihnatowycz əmindir ki, ““Acı məhsul” bu gün Ukraynada baş verənlərin kökünün hardan gəldiyini Qərb insanına göstərməyə yardımçı olacaq”.

“Acı məhsul”un kinoteatrlarda göstərilməsi 2017-ci ildə baş tutacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG