Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:44

R. Dishdisyan: "Zəlzələ" filminin "Oscar"dan geri qaytarılması bizim səhvimizdir


"Zəlzələ" filmindən bir kadr.
"Zəlzələ" filmindən bir kadr.

1988-ci ildə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən bəhs edən “Zəlzələ” filmi Erməni hökümətinin bütün cəhdlərinə baxmayaraq “Oscar” mükafatının uzun siyahısına düşmədi. Amerika Kino Akademiyasının açıqlamasına görə filmin geri qaytarılmasının səbəbi orda həddən artıq çox rus millətindən olan aktyorun çəkilməsidir.

Sarik Andreasiyanın çəkdiyi “Zəlzələ” filmi 2016-cı ildə “Oscar”a “Xarici dildə ən yaxşı film” nominasiyasında Ermənistan tərəfindən təqdim edilmişdi. Filmin çəkilişində erməni millətindən çox rus millətinə məxsus aktyorlardan istifadə olunduğu üçün Amerika Kino Akademiyası filmi geri qaytarmış və Ermənistana müsabiqəyə yeni film təqdim etmək üçün vaxt da vermişdi. Ermənistan isə filmin siyahıya geri qaytarılması ilə bağlı ümüdvar idi və bu məqsədlə əlavə sənədlər hazırlayırdılar.

Buna da bax: Ermənistan beşinci dəfə "Oscar"a film göndərir

“Xeyli sənəd hazırladıq, bu sənədlər arsında filmdə oynamış aktyorların ad, soyad, sənətinin, həmçinin “vətəndaşlığı”nın göstərildiyi qrafa vardı. Belə alındı ki, siyahıya baxarkən filmdə oynayan 20 aktyordan 14-15-nin Rusiya vətəndaşı oldunu aşkarladıq. Yəqin, bu bizim səhvimizdir” – deyə filmin prodüseri Ruben Dishdishyan jurnalistlərə deyib. Dishdishyan həmçinin qeyd edib ki, siyahıya daha çox erməni aktyor əlavə etmək lazım idi. Rejissor Andreasyan isə Amerika Kino Akademiyasının formal olaraq haqlı olduqlarını, ancaq filmin taleyinin bu cür bitəcəyini gözləmədiklərini deyib.

“Nümunə olaraq Bodrovun çəkdiyi “Mongol” filmini göstərərəm. Bodrov heç Qazaxıstan vətəndaşı deyil. Gürcüstan isə eston filmi “Mandalinlər”i Oscara təqdim etmişdi. Yəqin son illər bu cəhətə xüsusi diqqət verirlər” – deyə Andreasyan bildirib.

Buna da bax: Oskara layiq film çəkmək üçün Azərbaycanda pul yoxdu…

O həmçinin qeyd edib ki, “Zəlzələ” filmi “Oscar”a qəbul olunmadığı üçün onu “Qızıl qlobus” mükafatına da yarışma üçün göndərməyəcəklər. Çünki hər iki müsabiqənin şərtləri bənzərdir.

Sarik Andreasyanın çəkdiyi "Zəlzələ" filminin treyleri.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG