Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:18

İstanbulda Fethullah Gülen-lə əlaqədə günahlandırılan 73 universitet müəllimi həbs edilib. Tutulanların hamısı «Yıldız» Texniki Universitetinin işçiləridir.

Prokurorların noyabrın 18-də yaydığı bəyanatda deyilir ki, «Yıldız» Universitetinin 103 müəllimi silahlı terror qruplaşması ilə əlaqədə ittiham edildiyindən onların həbsinə qərar verilib.

Rəsmi məlumata görə, tutulanlar Gülen tərəfdarlarının 2014-cü ildən işlətməyə başladığı «ByLock» mesencerindən istifadə edirmişlər.

Dünən, noyabrın 17-də Türkiyə hökuməti daha 203 hakimin işdən qovulması barədə qərar verib.

Dövlət yayda baş vermiş çevriliş cəhdinin ABŞ-a sığınmış ilahiyyatçı Fethullah Gülen-in planı olduğunu bildirir. Yaydan bəri Türkiyədə Gülen-lə əlaqədə şübhəli bilinən 110 mindən çox adam ya işdən çıxarılıb, ya da həbs edilib.

Çevriliş cəhdi zamanı 240 adam həlak olmuşdu.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG