Türkiyə prezidenti Recep Tayyip Erdoğan Özbəkistana gedib. Bu gün, noyabrın 18-də onun Özbəkistan prezidenti səlahiyyətlərini icra edən Shakat Mirziyaev və başqa rəsmilərlə görüşü olmalıdır.
Erdoğan-ın bu ilin sentyabrında vəfat etmiş prezident Islam Karimov-un qəbrini ziyarət edəcəyi gözlənir.
Noyabrın 17-də Pakistan parlamentində çıxışında Erdoğan Qərbi İslam aləmində hərc-mərcliyin yayılmasına təkan verməkdə günahlandırıb. O, müsəlmanları təriqətlərlə bağlı ayrı-seçkiliyi kənara qoymağa, ekstremistlərə qarşı birgə mübarizə aparmağa çağırıb.