Rusiyanın telekommunikasiya agentliyi yerli provayderlərə LinkedIn sosial şəbəkəsini bloklamaq haqda rəsmi göstəriş verib. Telekommunikasiya agentliyi – «Roskomnadzor» saytın ölkə qanunlarına tabe olmadığını, məhkəmənin qərarına əsasən bağlandığını elan edib.
Rusiya prezidenti Vladimir Putin-in 2014-cü ildə imzaladığı qanuna əsasən, Rusiyada fəaliyyət göstərən bütün beynəlxalq internet xidmətləri istifadəçilər haqda bilgiləri yerli serverlərdə saxlamalıdırlar.
LinkedIn-in təmsilçiləri hökumət nümayəndələri ilə görüşüb, razılığa gəlməyə hazır olduqlarını bildiriblər.
İstifadəçilər LinkedIn-ə girişin saytın bloklanması əmri verilməzdən əvvəl mümkün olmadığını deyirlər.