Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:42

'İlham Əliyevin portretini göstərdi, dedi, get, evi ondan istə'


Qəzalı ev (arxiv fotosu)
Qəzalı ev (arxiv fotosu)

“Yoldaşım bəzi tikinti materiallarını da alıb yığmışdı. Əcəl aman vermədi. Yoxsa bizə ev tikəcəkdi. Ən azı, daundan əziyyət çəkən uşağımızı bu şəraitdə böyüdə bilməzdik. Heyf ki, əcəl aman vermədi”.

Lerikin Günəşli kəndində bir ev var. 80 il əvvəl “ənc” adlanan konstruktiv üsulla tikilmiş, gil-saman məhlulu ilə suvanmış bir ev... İradə Mövlanova yazır ki, həyat yoldaşının ən böyük arzusu ailəni bu rütubətli daxmadan normal evə köçürmək olub. Ancaq özü xəstəlik taparaq, qısa vaxtda həyatdan köçüb. Qadın üç azyaşlı övladıyla baş-başa qalıb. Uşaqlardan biri daun sindromundan əziyyət çəkir.

Buna da bax:​ Çəmənlidə evə mərmi düşdüyünü sübut edənə sağol düşür

“Biri daundan əziyyət çəkir...”

Ailə başçısının “geridə buraxdığı problemlər” qadının çiyinlərinə yüklənib. İndi körpələri isti bir ocaq ətrafına yığmaq öhdəliyi ona düşüb:

“Mənim də gücüm qurumlara yazmağa çatır. Prezidentə, onun xanımına, Milli Məclisə, Lerikin İcra Hakimiyyətinə - hər yerə yazmışam. Bir kağız-qələmdir, bir də mən... Eləcə yazıram. Uşaqlar göz görə-görə məhv olur. Bir müddət də bu şəraitdə qalsalar, böyrəkləri, ciyərləri tam sıradan çıxacaq. Biri daundan əziyyət çəkir, belə uşağa baxmağın nə demək olduğunu balası bu xəstəlikdən əziyyət çəkənlər bilər”.

Buna da bax: 45 ailə yaşayan Davradibi: Çatlar evlərə çatıb...

İradə Mövlanovanın yolu tez-tez Lerikin icra hakimiyyətinə düşür. Ancaq nə dinləyəni var, nə də əlac edəni. Üstəlik, dediyinə görə, buradakı işçilər onu aşağılayır:

“Prezidentin portretini göstərdi...”

“Bir də görürsən, araya qoyub gülürlər. Biri deyir, başçı sənə filan yerdə ev tikmək üçün göstəriş verib, o birinə göz vurur, o biri qımışır... Başa düşürəm ki, ələ salırlar. Biri deyir, gələn ay gəl, maaşımı sənə verim... Bu yaxınlarda başçının müavininin qəbulunda oldum, prezidentin portretini göstərdi, dedi, məndə ev nə gəzir, get, evi sənə o versin”.

“Arxayın etdilər, amma...”

Sonda qurumdan xanımı arxayın ediblər ki, vaxtilə həyat yoldaşının alıb yığdığı daşlarla hörgü işinə başlaya bilər, ardınca qurumdan kömək gələcək. Xanım da tanıdığı adamlardan borc alıb işə başlayıb. Ancaq kömək gəlmədiyindən, işlər yarımçıq qalıb. Deyir, indi nə borcu qaytara bilir, nə də ortalıqda ev var.

Buna da bax:​ 1 ildir çadırda yaşayan ailə

Bir il əvvəl Lerik rayon İcra Hakimiyyətindən İradə Mövlanovaya rəsmi məktubla bildirilib ki, rayonun büdcəsində vətəndaşların fərdi yaşayış evlərinin təmiri, yaxud yeni evin tikintisi üçün maliyyə vəsaiti nəzərdə tutulmayıb. Bu səbəbdən də ailəyə yeni yaşayış evi tikmək mümkün deyil.

“Həqiqətən də qəzalı evdir”

İcra Hakimiyyətindən “Qaynar xətt”ə də eyniməzmunlu cavab verilib: “Həmin evə rayonun fövqəladə komissiyası baxış keçirib. Həqiqətən də qəzalı evdir. 1962-ci ildə inşa olunub, 1 otaqlıdır, döşəməsi torpaqdandır. Uzun illər təmir olunmadığından, dam örtüyü və divarları yararsız hala düşüb. Biz xanıma dəfələrlə bildirmişik ki, özü tikməyə başlasın, biz də əlimizdən gələn köməkliyi edək. Ancaq son vaxtlar buna da imkanımız yoxdur”.

Buna da bax: Göyəmli ailə: '5 ildir küçələrdəyik'

İcra hakimiyyəti vətəndaşa tövsiyə edir ki, kömək üçün kənd bələdiyyəsinə müraciət etsin. Bələdiyyə üç körpənin qəzalı evdən yenisinə köçürülməsinə yardım göstərəcəkmi, buna imkanı varmı? Zaman göstərəcək...

Buna da bax:

Zığda 100-dən çox ev təhlükədədir
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

XS
SM
MD
LG