Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:50

Azərbaycana Bolton sərfəlidir yoxsa Giuliani?


John Bolton
John Bolton

Sərt Bolton yoxsa yumşaq Giuliani?

npr.org yazır ki yeni seçilmiş ABŞ prezidenti Donald Trumpın xarici siyasətinin istiqaməti onun Dövlət Katibi vəzifəsinə kimi təyin edəcəyindən bilinəcək. Hələlik iki əsas namizədin adı çəkilir. Nyu Yorkun keçmiş meri Rudy Giuliani və ABŞ-ın BMT-dəki keçmiş səfiri John Bolton.

AZƏRBAYCANA HANSI SƏRFƏLİ OLA BİLƏR?

John Boltonun 2011-ci ilin yayında dediklərini bütün erməni mediası işıqlandırırdı. O vaxt Bolton demişdi ki, Obama hökuməti Dağlıq Qarabağ münaqişəsində açıq şəkildə Azərbaycanı müdafiə etməlidir (news.am). Bolton deyirdi ki, Rusiyanın Cənubi Qafqaza nüfuzunun qarşısını almaqda ABŞ hökuməti Cənubi Qafqaza daha çox diqqət yetirməidir.

Azərbaycanla bağlı başqa hadisəyə də məhz Bolton reaksiya vermişdi.

2012-ci ildə Foreign Policy jurnalı ABŞ hökumətindəki mənbəyə istinadla yazırdı ki, Azərbaycanın İranla sərhəddəki hava limanlarına İsrailə çıxış verilib.

Bolton bu xəbərə reaksiya olaraq Obama hökumətini ittiham etdi ki, Obama hökuməti belə məlumatları qəsdən sızdırır ki, İranın nüvə obyektlərinə hücum planını pozsun.Yeri gəlmişkən onu da qeyd edək ki, o vaxt Azərbaycan hökuməti İsrailə çıxış verilməsi xəbərini təkzib etdi.

GİULİANİ

npr.org yazır ki, hazırda bütün nəzərlər Nyu Yorkun keçmiş meri Rudy Giulianiyə dikilib. O, Trumpın çoxdankı dostu və seçki kampaniyasında onu dəstəkləyən nüfuzlu şəxslərdən biridir. Ancaq onun xarici siyasət təcrübəsi çox azdır.

Rudy Giuliani
Rudy Giuliani

Wall Street Journal qəzetinə müsahibəsində Giuliani Dövlət katibi vəzifəsini tutmağa maraq göstərdiyini gizlətməyib. Giuliani xarici siyasətdən də danışıb. Deyib ki, İranla nüvə razılaşmasında Trumpın bir neçə imkanı var. Çünki Konqres bu razılaşmanı heç vaxt ratifikasiya etməyib. Keçmiş merin fikrincə, yeni ABŞ hökumətyinin əsas diqqəti isə birinci növbədə İslam Dövləti Təşkilatı ilə mübarizədə cəmlənməlidir.

Bu ilin sentybarında ABC televiziyasının qonağı olan Giuliani Trampın "İraq neftini götürmək" fikrini müdafiə edib. Jurnalist soruşub ki, bu, qanunsuz deyilmi? Özü keçmiş prokuropr olan Giuliani cavab verib ki, "əlbəttə, qanunidir. Müharibədir, ona görə qanunidir, Müharibə qurtarana qədər hər şey leqaldır".

BOLTON

Dövlət katibi vəzifəsinə digər namizəd kimi ABŞ-ın BMT-dəki keçmiş səfiri John Boltonun adını çəkirlər. Onun İran razılaşmasına baxışları daha aydındır. Bolton New York Post qəzetində yazıb ki, onun fikrincə, Trump İran razılamasından dönməlidir.

Bolton Buşun prezidentliyi dövründə BMT-də səfir olanda özünün sərtliyi ilə tanınıb. Ondan əvvəl isə Bolton Dövlət Departamentində beynəlxalq təhlükəsizlik və silahlara nəzarət üzrə dövlət katibinin müavini idi. O həmin vəzifəni tutanda Buş hökuməti Şimali Koreya ilə 1994-cü ildə bağlanmış silahlara nəzarət çərçivə razılamasını məhv etdi.

KİM ŞANSLIDIR?

Npr.org yazır ki, Boltonun sərt tərzi onun Konqresdə təsdqinə maneə ola bilər. Politico məcmuəsi isə bildirir ki,Senatın Xarici Əlaqələr Komitəsinin üzvü, Kentukkidən olan Senator Rand Raulun dediyinə görə, o,Boltonun namizdliyinin əleyhinədir.

Giulianinin isə problemi başqadır. O, İranın sürgündə olan qrupu Mujahedini Xalq qarşısında çıxışlar edib və buna görə qonorar alıb. 2012-ci ildə isə ABŞ bu qrupu terrorçu qruplar siyahısına saldı.

BAŞQA NAMİZƏDLƏR

Dövlət katibi vəzifəsinə digər namiəzdlər arasında Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Corkerin də adı hallanır.O, Rusiyaya qarşı daha sərt mövqeyin tərəfdarıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG