Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:57

ABŞ dövlət katibinin köməkçisinin müavini gəlir


Bridget Brink

Gələn həftənin əvvəlində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink-in Azərbaycana səfəri gözlənilir.

Bu barədə «Turan» agentliyinə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

B.Brink-in ölkə rəhbərliyi ilə görüşləri olmalıdır. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, təhlükəsizlik məsələləri müzakirə edilməlidir.

Bu səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinin müzakirə ediləcəyi də bildirilir.

Multimedia

XS
SM
MD
LG