Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:55

Gürcü rejissorunun filmi Avropa Film Festivallarını gəzir


Nino Basilaia-nın "Annanın həyatı" filmindən bir kadr.
Nino Basilaia-nın "Annanın həyatı" filmindən bir kadr.

Gürcü rejissorunun sosial dram janrında çəkdiyi filmi Avropa festivallarını gəzir

Gürcü rejissoru Nino Basilaia-nın 2016-cı ildə çəkdiyi sosial dramı "Annanın həyatı" Avropanın nüfuzlu film festivalının mükafatın layiq görülüb. Film əvvəlcə İspaniyanın "Evolution Mallorca Beynəlxalq Film Festivalında" ən yaxşı gələcək film grand prix mükafatına, sonra isə Fransanın "Arras film" festivalında ən yaxşı rejissor işi nominasiyasında mükafatına layiq görülüb.

"Annanın həyatı" filmi Anna adlı gənc gürcü ananın autizmdən əziyyət çəkən oğlu ilə birgə həyat şəraitini yüksəltmək üçün Birləşmiş Ştatlara köçmək qərarından və Birləşmiş Ştatlar səfirliyinin ona viza verməməsindən bəhs edir.

Buna da bax: Gürcü rejissorun bakirəlik haqda filmi Torontoda göstəriləcək

Xatırladaq ki, Nino Basilaia-nın sosial-dram janrında çəkdiyi film müxtəlif beynəlxalq festivalları gəzib.

O əvvələr Türkiyədə keçirilən Beynəlxalq "Crime and Punishment" Film Festivalında və Argentinada keçirilən "Construir Cine" Beynəlxalq Film Fesivalında mükafatlara layiq görülüb.

Filmin Gürcüstandanda premyerası bu ilin dekabr ayının 2-si baş tutuacaq.

Nino Basilaianın "Annanın həyatı" filminin treyleri.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG