Rusiyayla İran dəyəri 10 milyard dollara yaxın olan silah müqaviləsini müzakirə etməkdədir. Bu barədə mətbuata Rusiya parlamentinin yuxarı palatasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov danışıb. Noyabrın 14-də Tehranda çıxışında Ozerov bildirib ki, müqaviləyə əsasən, Moskva Tehrana tanklar, artilleriya sistemləri, hərbi təyyarə və vertolyotlar sata bilər.
Oktyabr ayında ABŞ və İsrailin narahatlığına baxmayaraq, Rusiya İrana S-300 havadan müdafiə sistemləri göndərdiyini elan etmişdi.
İranda səfərdə olan Rusiya nümayəndə heyəti həm də iqtisadi əlaqələrin genişləndirilməsi, regional əməkdaşlıq və prezidentlərin imzaladığı razılaşmaların gerçəkləşməsi yollarını müzakirə edir.