Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Ermənistan mediası:"Generallar feodal və oliqarxdır"


Cəbhə bölgəsi
Cəbhə bölgəsi

Ermənistanda ən çox müzakirə olunan məsələ 1000 dram vergisidir.

“Hakimiyyətdəkilər milyonların üstə oturublar, qoy, həmin pulu onlar versinlər”- bunu Yerevan sakinləri başıbəlalı 1000 dram (2 dollar) vergisi barədə küçə sorğusinda deyiblər.

Hökumət isə ölən və əlil olan əsgər və zabitlərə sosial yardım proqramının layihəsini təsdqiəyib. Həmin layihə bunun üçün lazım olan pulu hər işləyən Ermənistan vətəndaşından ayda 1000 dram tutmaqla toplamağı təklif edir.

1-ci erməni informasiya kanalının Yerevanda keçirdiyi sorğuda sıravi vətəndaşlar öz narazılığını bildirir.

Bir nəfər deyir ki, “İdeyanı bəyənirəm, əgər bu, doğrudan da ordiya aiddirsə. Ancaq mənim bir qeydim var. Əgər ayda 80 min dram alan 1000 dram ödəyirsə, onda ayda 1 milyon və ya 5 milyon qazanan da 1000 dram ödəməlidir?”

Bəziləri isə deyib ki, “Ordu üçün 1000 dram nədir ki?”

"ORDU GENERALLARI FEODAL VƏ OLİQARXDIR"

Aravot qəzeti yazır ki, çoxlu sual və narazılıq nədən yaranır?

“Bir ölkədə ki, əsgərin paltarından tutmuş, cib fonarına qədər hər şeyi valedeynlərin pulu və xeyriyyə hesabına ödəyirlər, o ölkədə ki, “vəzifəli şəxs” ifadəsi var-dövlət və yeyib-gəzmək başa düşülür, o ökədəki ordu generalları feodal və oliqarxdır, kasıblıq ölkə əhalisinin üçdə birinin adi həyatıdır, ayda 41 min dram (20 dollar) alan vətəndaş daha kasıb hesab olunmur, bu ölkədə insanları pul yığmağa məcbur etmək olmaz.”

Pul yığma adəti barədə qəzet yazır: “Əsgərlərin müalicəsindən tutmuş, 28 il qabaq olan zəlzələnin uçurtduğu evlərin sahiblərinin mənzil problemini həll etməyə, yol çəkiişinə qədər hər bir məsələdə dövlət vətəndaşlara pul yığılması üçün müraciət edir”.

Qəzet yeri gəlmişkən onu da qeyd edir ki,1-1,5 milyon vətəndaş ədalətsizliyə və sosial problemlərə görə ölkəni tərk edib....

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG