Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

Stalin repressiyalarından bəraət alanların sayı açıqlandı - 400 min nəfər


Azərbaycandan 1937-38-ci illərdə repressiyaya məruz qalmış elm xadimləri.
Azərbaycandan 1937-38-ci illərdə repressiyaya məruz qalmış elm xadimləri.

İosif Stalinin ölümündən sonra SSRİ və Rusiyada 400 minə yaxın qanunsuz repressiyaya uğramış şəxs məhkəmə yolu ilə bəraət alıb. Bu haqda noyabrın 13-də Rusiyanın Baş Hərbi Prokurorluğunun rəhbəri Igor Shaboltanov "İnterfax" agentliyinə danışıb.

Buna da bax: Rusiyada unikal məhkəmə: Qolçomağın varisi təzminat tələb edir

O deyib ki: "Bəraət və təmizə çıxma prossesi zərəçəkənlərin özləri yaxud qohumları tərəfindən cinayət işlərinə yenidən baxmaqla bağlı şikayət verilərək, iki mərhələdə baş verib. 1953-cü ildə Stalinin ölümündən sonra başlayaraq 1961-ci ilə qədər 270 min nəfər SSRİ vətəndaşı bəraət alıb. Nəticədə bu prosses səngiyib və bir də 90-cı illərdə yenidən başlayıb".

Ukraynada Stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş muzey.
Ukraynada Stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş muzey.

Shaboltanovun sözlərinə görə 1991-ci ildə "Siyasi repressiya qurbanları" haqda qanun qəbul olunandan sonra, 2004-cü ilə qədər 300-mindən çox adam haqda, 275 min sənəd nəzərdən keçirilib və nəticədə 125 min vətəndaş daha bəraət alıb.

Baş Hərbi Prokurorluğun rəhbəri həmçinin deyib ki, son on ildə hərbi prokurorluq orqanların Sovet dönəmində repressiyaya məruz qalmış 1,8 mindən çox insan müraciət edib və onların 1,4 mininin repressiyaya məruz qaldığı təsdiqlənib.

Buna da bax: 37-ci ildə Əhməd Cavadın “murdar sifətini açan” qadın kim idi?

Xatırladaq ki, 2015-ci ilin avqusunda Rusiya höküməti siyasi repressiyalara məruz qalanların xatirəsini əbədiləşdirməklə bağlı dövlət siyasəti konsepsiyası qəbul edib. 2019-cu ilə qədər ölkədə siyasi repressiya dövrü haqda muzey-memorial kompleksi, həmçinin repressiya tarixi haqda maarifləndirici proqramların təşkil olunması planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG