Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:43

2 milyon adam Seçici Kollegiyasını Clintona səs verməyə çağırır


Sietldə Trump əleyhinə nümayiş
Sietldə Trump əleyhinə nümayiş

2 milyondan çox amerikalı Seçici Kollegiyasını Hillary Clintona səs verməyə çağıran petisiyaya imza atlıb. Petisiyada noyabrın 8-dəki seçkiləri udan Donald Trumpın prezidentliyə yaramadığı bildirilir. Petisiya ictimai çağırışlar yerləşdirilən change.org saytındadır.

Petisiyada deyilir: “Biz Seçici Kollegiyasındakı seçiciləri öz ştatlarında seçkinin nəticələrini bir tərəfə qoyub, Hillary Clintona səs verməyə çağırırıq. Trump prezidentliyə yaramır. Onun aqressiv davranışı, yalan bəyanatları, seksual təcavüzləri və təcrübəsinin heç olmaması onu respublika üçün təhlükəli edir”.

Petisiyanı imzalaynlar öz çağırışlarını həm də onunla əsaslandırırlar ki, Clinton ölkə üzrə seçicilərin Trumpla müqayisədə daha çox səsini alıb. “Xalq səs verməsini Clinton udub və prezident olmalıdır”.

Dekabrın 19-da Seçici Kollergiyası prezidentliyə namizədə səs verməlidir. Onlar üçün bu səsvermə formaldır, çünki ənənəyə görə və bəzi ştatların hətta qanuna görə, Kollegiyadakı seçicilər ştatlarındakı seçkilərin nəticələrinə uyğun səs verməlidirlər. Hərçənd ABŞ tarixində əksinə səs verən seçicilər də olub.

Sonda xatırladaq ki, ABŞ qanunlarına görə, prezident birbaşa seçki ilə seçilmir. Hər ştatda seçkinin nəticəsi ayrıca hesablanır. Ölkə üzrə 538 nəfərlik Seçici Kollegiyasında hər ştatın öz əhalisinin sayına mütənasib seçicisi var. Ştatda seçkini kim udubsa, Seçici Kollegiyasında həmin ştatdan olan seçicilər də eyninamizədə səs verməlidir.

Noyabrın 8-dəki seçkilərin nəticələrinə görə, Trump Seçici Kollegiyasında azı 290 səs qazanıb. Clintonun seçici səsləri 228-dir. Bunu New York Times qəzeti hesabalyıb. Həmin qəzetin hesablamasına görə, seçkidə Trumpa 59 milyon 791 min adam səs verib. Clintona səs verənlər 60 milyon 72 mindir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG