Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:25

Erməni mediası: "Əvvəllər inək, indi internet"


Şuşa
Şuşa

“Beləliklə, Trump: Ermənistan nəyə hazır olmalıdır?” 1-ci erməni informasiya kanalının ABŞ-da prezident seçkilərinə həsr etdiyi məqalənin başlığı belədir.

Məqalədə deyilir ki, “ABŞ elə ölkədir ki, burdakı seçkinin nəticəsi istənilən halda bütün dünyanın təhlükəsizliyinə, iqtisadiyyatına, siyasətinə təsir edir.”

“ABŞ-ın Ermənistandakı səfiri Richard Mills deyib ki, ABŞ-dakı prezident seçkisinin nəticəsindən asılı olmayaraq ABŞ-la Ermənistan arasında dost münasibətlər əsas istiqamətlər üzrə davam edəcək, dəyişiklik uzaq başı 20 faiz olacaq, bu da Ermənistanın ABŞ-ın dostu və tərəfdaşı olmasını şübhə altına almayacaq.”

1-ci erməni informasiya kanalı yazır ki, “bu, əlbəttə optimist mesajdır. Ancaq qeyd etmək lazımdır ki, kifayət qədər uzun müddətli qeyri-müəyyənlik dövrü başlana bilər. Ermənistan bu sınaqlara hazır olmalıdır.”

Kanal yazır ki, "bir vacib amili də xatırlatmaq lazımdır, bu da amerikalı ermənilərdir. Şübhə yoxdur ki, ABŞ-dakı ermənilər Ermənistanın təhlükəsizlik maraqlarının təqdim olunması işinə qoşulmalıdırlar. Çox şey bundan asılı olacaq”

ƏVVƏL İNƏK, İNDİ İNTERNET

“Çox maraqlı vəziyyət yaranıb. Hadrutun kəndində oldum. Əvvəllər ora gedəndə kənd camaatı inək, şəkər, yol tələb edirdilər, indi keyfiyyətli internet istəyirlər”.

Aravot qəzetinin yazdığına görə, bunu Dağlıq Qarabağ “hökumətinin” başçısı Araik Harutyunian deyib. Onun sözlərinə görə, “kəndlilər şikayətlənirlər ki, internet çəkilib, ancaq keyfiyyəti aşağıdır. Onlar haqlıdırlar, sürətə görə pul verirsən, ancaq onu almırsan. İndi biz tələb qoymuşuq ki, kəndlər optik lifli internetlə təmin olunsunlar”.

Harutyunian onu da elan edib ki, yanvarın 1-dən Dağlıq Qarabağda internet xidməti qiymətləri aşağı salınacaq.

OLİQARXLARA AMNİSTİYA?

Aravot qəzeti İrs partiyasından olan deputat Zarui Postancandan soruşub ki, ölkədə qanunsuz yolla var-dövlət toplamış oliqarxlarla nə eləmək lazımdır? Deputat deyib ki, “ qanunsuz yolla əldə olunanı zorla alanda, siz var-dövlətin bir qanunsuz sahibini digər qanunsuz sahiblə əvəzləyirsiniz. Biz belə dəyişiklik istəmirik. “

Deputat təklif edir ki, qanunsuz sərvət toplayan gətirib bu sərvəti təhvil verir və bunun əvəzində amnistiya alır.”

Postancan deyir ki, “böhranı yalnız bu yolla aradan qaldırmaq olar. Qanun hamıya və aşkar şəkildə tətbiq olunmasa, ayrı-seçkiliklə tətbiq olunsa, onda o deməkdir ki, indiki avtoritar rejimi saxlamış oluruq.”

XS
SM
MD
LG