Madridin “Real” klubu Cristiano Ronaldo ilə müqaviləni uzadır.
Reutersin məlumatına görə, Klub məlumatı təsdiqləyib və artıq noyabrın 7-də imza mərasimi olacaq.
Yeni müqavilənin müddəti 2021-ci il iyunun sonuna qədərdir.
Ronaldo “Real”da keçirdiyi 360 oyunda 371 qol vurub.
Yeni müqavilə ilə onun maaşı da artırılacaq.
Qeyd edək ki, hazırda o həftəyə 410 min avro qazanır.
Cristiano Ronaldo “Real”a 2008-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan transfer olunub.