Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:46

Ermənistan İrandan daha çox qaz alacaq


Qaz kəməri

Ermənistanla İran əlavə qaz idxalı barədə müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən, Ermənistan İrandan daha çox təbii qaz alacaq. Bu barədə noyabrın 2-də Ermənistanın Energetika, İnfrastruktur və Təbii Ehtiyatlar Nazirliyi məlumat yayıb.

Hazırda Ermənistan Rusiyadan ildə 2 milyard kubmetr, İrandan isə 500 milyon kubmetr təbii qaz idxal edir. İran qazı ölkəyə 2008-ci ildə inşa edilmiş kəmər vasitəsilə axır.

Bu yaxınlarda Yerevan Tehrandan daha çox təbii qaz alaraq, onu Gürcüstana satmaq planıyla çıxış edib. İran təklifi razılıqla qarşılayıb.

İrandan təbii qazı indiyə qədər Ermənistanın istilik elektrik stansiyası alır, əvəzinə İrana elektrik enerjisi ötürürdü.

XS
SM
MD
LG