Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

Pul çoxalıb


Manat
Manat

Oktyabrda Azərbaycanda pul bazası artıb. Azərbaycan Mərkəzi Bankından (AMB-dən) verilən məlumata görə, ötən ay ölkədə pul bazası 638.6 milyon manat artıb. Belə ki, oktyabrda pul bazası 9.4% artaraq 7 milyard 448.9 milyon manat olub.

Bu ilin iyunundan AMB pul bazasını azaldırdı. Ekspertlər hesab edirdi ki, pul bazasının azaldılmasında AMB-nin bir məqsədi dollar alışını azaltmaqdır. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər. Bəs indi pul bazasının artmasına səbəb nədir? Bu qədər artım iqtisadiyyat üçün yetərlidirmi?

«PULSUZ İQTİSADİYYAT QANSIZ BƏDƏNDİR»

Ümumiyyətlə, pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. İndiki səviyyə isə həmin həddən 1.6 dəfə azdır.

Pul bazası dedikdə, pul kütləsinin MB-nin qısa müddətdə dəyişdirə bildiyi hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının MB-dəki müxbir hesablarının qalıqları) daxildir.

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bu, gözlənilən idi: «Ölkə iqtisadiyyatı pulsuz fəaliyyət göstərə bilməz. Son dövrlərdə AMB bu bazanı sıxırdı ki, manata təzyiqi azaltsın, amma bu, sonsuz davam edə bilməzdi. Pulsuz iqtisadiyyat qansız bədəndir».

Ekspert əlavə edir ki, həm də ilin sonuna aktivlik artmalı idi ki, bir sıra əqdlər üzrə banklar və onların müştəriləri ödənişlər etsin: «Buna görə də AMB banklara kredit verməyi davam etdirib. Baza da bunun nəticəsində artıb. Təbii, həmin kreditlərin bir hissəsi valyuta bazarına axıb. Elə buna görə də son həftələr manatın devalvasiyası güclənib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG