Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:47

ABŞ-la Rusiyanın Venera layihəsi


Venera Günəş üzərindən keçərkən
Venera Günəş üzərindən keçərkən

ABŞ-Rusiya münasibətləri soyusa da bu, kosmosa aid deyil.

Veneraya avtomatik stansiyanın göndərilməsi ABŞ-ın NASA kosmik agentliyi ilə birgə reallaşa bilər.

Bunu İzvestiya qəzeti Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru, EA-nın kosmos üzrə şurasının sədri Lev Zeleny-ya istinadla yazır.

Zeleny deyib ki, “oktyabr aynda birgə işçi qrup bir neçə ssenari təklif edib. Bu ssenarilərdə Rusiyanın və Amerikanın güclü tərəfləri bir-birini tamamlayır. Bundan sonra NASA-nın direktor müavini D.Newmanla söhbətimiz oldu. O, Venera D layihəsinə NASA-nın marağını təsdiqlədi”.

Zeleny-nın sözlərinə görə, Veneraya uçuş layihəsi ABŞ-Rusiya işçi qrupunda artıq iki ildir ki, müzakirə olunur.

Bu layihəyə Çin, Avropanın bir sıra ölkələri də maraq göstərir. Bunu isə İzvestiya qəzetinə Roskosmos Dövlət Korporasiyasından bildiriblər.

“Veneranın kompleks öyrənilməsi nəzərdən keçirilir. Bunun üçün orbital aparat, peyklər, atmosfer zondları hazırlanmalıdır. Tərəflər arasında vəzifələrin bölünməsi layihənin səmərəsini artıra bilər.”

NASA-dan isə İzvestiya qəzetinə deyiblər ki, Newmanın səfərində Venera layihəsi müzakirə olunub, ancaq formal razılıqlar yoxdur.

Roskosmosla NASA-nın Venera D layihəsi üzrə işçi qrupu 2013-cü ildə yaradılıb. 2014-cü ildə Rusiyaya qarşı sanksiyalar qəbul olunanda qrupun işi dayandı. 2015-ci ildə onun fəaliyyəti yenidən bərpa olundu.

Venera D layihəsi 2026-cı ildə Veneraya Rusiyanın kosmik aparatının göndərilməsini nəzərdə tutur. Stansiya Veneranın orbitində 3 il işləyəcək. Bundan əvvəlki stansiya 30 il əvvəl göndərilmişdi. 1985-ci ildə isə SSRİ-nin Vega-2 aparatı Veneranın səthinə enmişdi.

Venera ilə Yer arasında məsafə 38-261 milyon kilometr arasında dəyişir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG