Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:22

"Hakim vəkili məcbur edir ki, müştəridən pul alsın"


 Hakim Ishkhan Barsegian yeraltı keçiddə trüşvət alır
Hakim Ishkhan Barsegian yeraltı keçiddə trüşvət alır

Ermənistanın Xüsusi İstintaq Xidməti video yayıb: videoda məhkəmə hakimi yeraltı keçiddə rüşvət – nişanlanmış pullar alır. Rüşvətin miqdarı 1000 ABŞ dollarıdır. Hakim İshkhan Barsegian bu pulun müqabilində daha yumşaq qərar verməli imiş.

Vəkillər palatasının üzvü Tigran Atanesian isə Aravot qəzetinə deyir ki, “Gülməlidir. Bu, yalnız bir epizoddur. Hətta korrupsiyanı səciyyələndirmir. Əsil korrupsiya başqa yerlərdədir, tamam başqa yırtıcıların içində”.

Aravot qəzeti soruşub ki, korrupsiyalı ədliyyə sistemində vəkillər hakimlə əməkdaşlıq edirmi?

Atanesian deyib: “ Suya girəndə yaş olursan. Əgər hakim vəkili məcbur edirsə ki, qoy müştərin pul versin və ya pul gətir, problem həll olunsun, vəkil də adi adamdır, onun ailəsi var, müştəriləri var, bütün halların 99 faizində vəkil bu vəziyyyətə düşür, o neyləsin? İşdən imtina etsin, pulu qaytarsın? Onda hansı pula yaşasın? Axı o dövlətdən maaş almır? Ona görə də vəkillər buna gedir. Məhkəmə sistemi xəstəliyə yoluxub. “

Barsegian haqda Atanesian deyir ki, “Barsegian pis adam deyil. Onun sədrliyi altında məhkəmələrdə bir neçə işi müdafiə etmişəm. Narazı qalmamışam. Hər halda o, əclaf adam deyil”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG