İraq ordusu Mosul şəhərinə girib.
Reuters agentliyinin hərbi rəislərdən birinə istinadla verdiyi məlumata görə, ordu şəhərə şərq istiqamətdən-əl Karama rayonundan girib.
Bu şəhər 2014-cü ildən İslam Dövləti” qrupunun nəzarətindədir.
İraq ordusu 3 günlük fasilədən sonra, oktyabrın 31-də şəhərə hücumu bərpa edib.
Şəhərə hücum oktyabrın 17-dən başlanıb.
Əməliyyatda İraq ordusu ilə yanaşı şiə və kürd birləşmələri də iştirak edirlər.
Həmçinin ABŞ-ın rəhbərlik etdihi hərbi koalisiyanın təyyarələri havadan onlara dəstək verir.