Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Şimali Koreyadan bəhs edən filmin Rusiyada göstərilməsinə maneələr yaradılır


"Günəş şüları altında" filminin posteri.
"Günəş şüları altında" filminin posteri.

-

Rus rejissoru Vitaly Mansky-nin 8 yaşlı Şimali Koreyalı qız haqda çəkdiyi film Rusiyada göstərilməyə başlayıb, amma film Rusiyada göstərilməsi məhdudiyyətlərlə qarşılanıb. Belə ki, filmin ölkə boyu yayımlanmasına cəmi 20 kinoteatr razılaşıb, hökümətə bağlı kinoteatrlar isə filmin göstərilməsinə icazə verməyiblər.

Belə ki, rejissor "Günəş şüaları altında" filmində Şimali Koreya hökümətini aldadaraq kommunist ölkəsində xoşbəxt ailə təbliğatı əvəzinə totalitar rejimin gerçəklərini ortaya qoyub. Rejissor əmindir ki, məhz buna görə Moskvadakı kinoteatrlardan 8-i Pxenyanın tələbi ilə rus hökümətinin də əmri ilə onun filminin göstərilməsinə mane olub. Bu haqda o meduza portalına bildirib.

Rus rejissoru Vitaly Mansky Şimali Koreyada.
Rus rejissoru Vitaly Mansky Şimali Koreyada.

Xatırladaq ki, Vitaly Mansky-nin fikmi KXDR-dan olan 8 yaşlı qızın dövlət bayramı olan "Günəş günü"ndə yerli pioner təşkilatına üzv olmasından bəhs edir. Rejissorun sözlərinə görə filmin ssenarisini Şimali Koreya höküməti yazıb. Çəkilən bütün videomateriallar sonra hökümətə verilməliymiş və buna görə də operatir iki yaddaş kartı ilə çəkib. Şimali Koreya hökümətinin senzurasından keçən videomateriallar da saxlanılıb, ondan əlavə çəkilən video parçaları da filmə əlavə olunub. Rejissorun sözünə görə gənc qızın yaşadığı ev də, atasının işlədiyi fabrik də əvvəldən hökümət tərəfindən film üçün hazırlanıbmış.

Bundan öncə ABŞ, Kanada, Almaniya, Polşa, Cənubi Koreya kimi ölkələrdə uğurla təqdim olunan filmin Rusiyada tamaşası rejissoru elə də məmnun etməyib.

"Günəş şüaları altında" filminin treyleri.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG