Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Mərakeş səfirinin Bakıda hekayələr kitabı çıxıb


Mərakeşin Azərbaycandakı səfiri Hassan Haminin Bakıda çap olunmuş kitabı.
Mərakeşin Azərbaycandakı səfiri Hassan Haminin Bakıda çap olunmuş kitabı.

-

Mərakeşin Bakıdakı səfiri Hassan Haminin həm də ədəbiyyatla yaxından maraqlandığını və hekayələr yazdığını çoxları bilir. Çünki səfirin Bakıda artıq üçüncü kitabı bu günlərdə Qanun nəşriyyatında çapdan çıxıb. Qısa hekayələrdən ibarət kitab "Diyirlənən kollara doğru uzanmaq" (“Twisting Toward the Rolling Stones”) adlanır.

Bu Hassan Haminin Bakıda çap olunmuş üçüncü kitabıdır. Kitab müxtəlif mədəniyyətlər və cəmiyyətlərdən olan obrazların həyatından bəhs edən qısa hekayələrdən ibarətdir. Kitabda hadisələr Mərakeş, Britaniya, Birləşmiş Ştatlar, Moldova və Azərbaycanda baş verir. Qısa-hekayələrdə müxtəlif xalqların adətlərindən, sevgi, dostluq və düşmənçilik ənənələri haqda məlumat verilir. Kitab ingiliscə çapdan çıxıb.

Xatırladaq ki, Hassan Haminin bundan öncə Qanun nəşriyyatında "Cırmaq heç vaxt sağalmır" ("“Scratches Never Heal") və "Sparkling Ashes over the Rainbow" ("Göy qurşağı üzərində parlayan kül") kitabları çapdan çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG