Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:41

BMT-də Azərbaycanda insan haqlarının durumu müzakirə edilir


Arxiv fotosu
Arxiv fotosu

BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanda insan haqlarının vəziyyətini oktyabrın 20-si və 21-i Cenevrə şəhərində müzakirəyə çıxaracaq.

Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyindən bildiriblər.

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı (MSHBP) ratifikasiya etmiş 168 dövlətdən biri kimi, Azərbaycandakı vəziyyətin nəzərdən keçirilməsi tələb olunur.

Buna da bax:​ Azərbaycanda qanun zəiflər üçündür? («Borc və Azadlıq» silsiləsindən 3-cü yazı)

18 beynəlxalq müstəqil üzvdən ibarət olan Komitə Azərbaycan hökumətinin nümayəndə heyəti ilə Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktıyla bağlı bir sıra məsələləri müzakirə edəcək. Üzvlər həmçinin QHT nümayəndələri ilə brifinq keçirəcəklər.

Komitənin nümayəndə heyəti ilə görüşləri açıqdır və oktyabrın 20-də saat 15.00-dən 18:00-ə və oktyabrın 21-də 10:00-dan 13:00-dək Cenevrə şəhərindəki “Palais Wilson” sarayının “Ground Floor” salonunda keçiriləcək.

Buna da bax:​ 'Azərbaycanda QHT-lər ağır böhrandadır'- [Fotolar]

Azərbaycan insan haqları üzrə öhdəliklərinin həyata keçirilməsi ilə bağlı Komitəyə hesabat təqdim edib. Eyni zamanda bir sıra qeyri-hökumət təşkilatı Komitəyə hesabat verib.

Komitə noyabrın 4-ü saat 13:30-da Cenevrədəki “Palais des Nations” sarayında Azərbaycan və digər ölkələrlə (Slovakiya, Polşa, Moldova, Yamayka, Kolumbiya və Mərakeş) bağlı nəticələri dəyərləndirmək məqsədi ilə mətbuat konfransı keçirəcək. Yekun kimi tanınan həmin nəticələr noyabrın 4-də nəşr olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG