Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:29

Buffon Messini geridə qoydu


Buffon

İtaliya millisi və “Yuventus”un qapıçısı Canluici Buffon “Qzıl pəncə” mükafatına layiq görülüb.

O, dünyada bu mükafata layiq görülən ilk qapıçı olub.

Bu mükafat yaşı 28-dən yuxarı olan futbolçulara verilir.

“Qalib olmağımla fəxr edirəm. Ümid edirəm ki, buna haqqım var. Bu insanların hamısı mənə inanır və bu böyük bir etirafdır”, deyə Buffon deyib.

38 yaşlı Buffonun öyünməyə haqqı var.

Çünki o, bu mükafata namizədlər arasında dünya fudbolunun ulduzları Lionel Messi və Ueyn Runi kimi ulduzları dəf edib.

XS
SM
MD
LG