Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:31

Amerikalı müsəlman prezidentliyə namizədlərə sual ünvanlayıb


Hillary Clinton və Donald Trump 2-ci debatda, 9 Okt, 2016
Hillary Clinton və Donald Trump 2-ci debatda, 9 Okt, 2016

ABŞ-da prezidentliyə namizədlərin oktyabrın 9-da keçirilmiş debatında Gorbah Hamed adlı müsəlman qadın namizədlərdən ölkədə islamofobiyanın artmasını necə önləyəcəklərini soruşub.

"Birləşmiş Ştatlarda 3,3 milyon müsəlman var və mən onlardan biriyəm", - deyə Hamed respublikaçı namizədə üz tutub: "Siz müsəlman dövlətləri ilə işləyəcəyinizi dediniz. Bəs seçki bitəndən sonra… mənim kimi "ölkəyə təhlükə" damğası vurulmuş insanlara necə kömək edəcəksiniz?".

“Məlumat verməlidirlər”

Trump əvvəlcə İslama nifrət aşılanmasının utancverici olduğunu söyləyib, sonra da deyib ki, müsəlmanlar belə halları görəndə "məlumat verməlidirlər":

"Onlar nifrəti görəndə bu barədə xəbər verməlidirlər. Məsələn, San Bernardinoda 14 nəfəri öldürən və bir çox adamı yaralayan o iki nəfərin evində bomba olduğunu xeyli adam görüb… Müsəlmanlar problem görəndə, bunu xəbər verməlidirlər".

Buna da bax:​ Trump yeni qalmaqalın mərkəzində

Ancaq “NBC News” bildirib ki, San Bernardino qatillərinin müsəlman qonşularının bombaları görüb xəbər vermədiyi barədə heç bir sübut yoxdur.

Trump əvvəllər də buna bənzər bəyanatlar verib. O, Orlandodakı gecə klubuna hücumdan sonra belə demişdi: "Nədənsə müsəlman icması belə adamlar barədə [polisə] məlumat vermir".

Buna cavab olaraq, Federal Təhqiqat Bürosunun (FTB-nin) direktoru James Comey qurumun müsəlmanlarla əməkdaşlığına dair açıqlama yaymışdı: "[Müsəlmanlar] kiminsə onların icmasında, yaxud onların dini adından zorakılıq törətməsini istəmirlər. O səbəbdən bəzi ən faydalı məlumatları… elə müsəlmanlardan alırıq”.

Buna da bax:​ FTB “Moskvanın Trump-a dəstəyi” iddialarını araşdırır

“İslamla savaşmırıq”

Müsəlman İctimai Əlaqələr Şurasının 11 sentyabr olaylarından sonrakı insidentlərə dair hesabatında göstərilir ki, "Al-Qaeda"nın hər beş planından ikisinin qarşısının alınmasında müsəlman icmaları təhlükəsizlik əməkdaşlarına yardım ediblər.

Clinton Hamed-in sualına cavab olaraq vurğulayıb ki, Trump-ın müsəlmanlara qarşı "demaqoq ritorikası" İŞİD-in yeni döyüşçülər yığmasına kömək edir:

"Biz İslamla savaşmırıq. Bu, səhvdir və İslamla savaşırmış kimi davranmağımız terrorçuların işinə yarayır. Mən siz və ailə üzvləriniz kimi, hər bir vətəndaşın xoş qarşılandığı bir ölkə istəyirəm".

Clinton onu da vurğulayıb ki, müsəlmanlar öz icmalarının güvənliyi naminə əməkdaşlıq etməlidirlər.

Çox sayda müsəlman Twitter-də hər iki namizədin müsəlmanlarla bağlı danışıq tərzindən məyusluq ifadə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG