Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 09:16

Məscidlərdə kameralar quraşdırılır


Foto arxiv

Düşənbə meri Maxmadsaid Ubaydullayev paytaxtdakı bütün məscidlərdə müşahidə kameraları quraşdırılmasını göstəriş verib.

Bu barədə merin sözçüsü Şavkat Saidov məlumat yayıb.

O, bunun ictimai asaişin qorunması, vətəndaşların təhlükəsizliyi baxımından edildiyini deyir.

Onun sözlərinə görə bütün məscidlərdə metalaxtaran cihazlar olacaq.

Saidov deyir ki, qərar baş məscidin xatibi, Düşənbə məscidlərinin imam-xatibləri və dini komitənin sorğusu ilə qəbul olunub.

Hazırda Düşənbədə 20-dən çox məscid var.

XS
SM
MD
LG