Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Ramzan Kadryrovun silahdaşı Ali Məhkəmə sədrini döyüb


Çeçenistan prezidenti Ramzan Kadyrov və Maqomed Daudov(sağda)
Çeçenistan prezidenti Ramzan Kadyrov və Maqomed Daudov(sağda)

Çeçenistan parlamentinin spikeri, “Lord” adıyla məşhur olan Maqomed Daudov Çeçenistanın Ali Məhkəməsinin sədrinin səlahiyyətlərini icra edən Tahir Murdalovu döyüb. Bu barədə AzadlıqRadiosunun “Qafqaz. Reallıq” saytı Qroznıdakı mənbələrinə istinadən məlumat yayıb.

Maqomed Daudov Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadyrov-un “sağ əli” və yaxın silahdaşı sayılır.

Rusiya Ali Məhkəməsi “Current Time” proqramına vəziyyəti şərh etmək istəməyib, ancaq faktı təsdiqləyiblər. Ali Məhkəmədən deyiblər ki, hadisə barədə məlumatlıdırlar və bununla bağlı növbədən kənar iclas keçirəcəklər.

Mənbə “Qafqaz. Reallıq” saytına bildirib ki, “Lord” ləqəbli Daudov oktyabrın 6-da Ali Məhkəmənin binasına on avtomobilin müşayiəti ilə gəlib. Onun 40-a yaxın adamın olduğu mühafizə dəstəsi binanı mühasirəyə alıb, Maqomed Daudov özü isə hakimin otağına gedib.

Spiker Daudov Ali Məhkəmə sədrinin səlahyyətlərini icra edən Murdalovu döyməyə başlayıb və tələb edib ki, səhhəti ilə bağlı işdən çıxması barədə ərizə yazsın. Parlament sədrinin hücumlarına məruz qalsa da, Tahir Murdalov istefaya getməkdən imtina edib, - “Qafqaz.Reallıq” yazır.

Sayt bildirir ki, Daudovu “qəzəbləndirən” səbəb Murdalovun öz xoşu ilə vəzifəsindən getmək istəməməsidir. “Qafqaz.Reallıq” hesab edir ki, spiker bu posta “öz adamını” gətirmək niyyətindədir.

“Öldürsən də, istefa verməyəcəm”

Mənbələrin “Qafqaz. Reallıq”a verdiyi məlumata görə, Murdalovun döyülməsində spikerin bir neçə mühafizəçisi də iştirak edib. Hadisənin şahidləri bildirirlər ki, Maqomed Daudov Tahir Murdalovu ölümlə də hədələyib.

“Novaya qazeta” öz mənbələrinə istinadən yazır ki, istefa ərizəsi yazmaqdan imtina edib və deyib ki, öldürülməsindən belə qorxmur və Daudovun qanunsuz tələblərinə boyun əyməyəcək.

Mənbələr onu da bildirirlər ki, Qroznıda heç bir həkim Tahir Murdalova tibbi ekspertiza rəyi verməyə razılaşmayıb. Tahir Murdalov kömək üçün Çeçünistan təhlükəsizlik xidməti zabitinə üz tutub. Həmin şəxsin adı açıqlanmır, ancaq deyilir ki, o, Rusiya prezidenti Vladimir Putinlər bir yerdə oxuyub.

“Qafqaz.Reallıqlar” olayla bağlı rəsmi rəy ala bilməyib.

Hakimlər “neprav” olanda məmurun yumruğunu görürmüşlər

Çeçenistan Ali Məhkəməsində baş verən olaydan sonra bir çox hakim belə halın yeganə olmadığı ilə bağlı Rusiya Ali Məhkəməsinin komissiyasına gizli hesabat veriblər. Bildiriblər ki, mütəmadi belə hallar təkrarlanır, yerli hakimiyyət nümayəndələrinin gözündə “neprav” (haqsız) görünən hakimlər fiziki və mənəvi təzyiqə məruz qalırlar.

Çeçenistanın Ali Məhkəməsi Daudovla bağlı yaranmış münaqişə haqqında heç bir rəsmi məlumat verməyiblər. Ramzan Kadyrovun mətbuat xidməti bu məsələnin müzakirəsindən imtina edib. “Novaya qazeta” Rusiya təhlükəsizlik orqanlarına və Rusiya prezident adminstrasiyasına müraciət edib ki,Tahir Murdalovun təhlükəsizliyinin qayğısına qalsınlar.

Ali Məhkəmənin keçmiş sədri Maqomed Karataev bu ilin mayında Ramzan Kadyrov ona könüllü getməsini əmr edəndən sonra işdən azad olunub. Həmin vaxt keçirilən iclasda respublikanın bütün hakimləri iştirak edirmiş. Ramzan Kadyrov məhkəmənin işini tənqid edib və 4 hakimin (onlardan biri Maqomed Karataev) istefaya getməsini istəyib.

Bunda sonra sədrin səlahiyyətlərinin icrası Tahir Murdalova tapşırılıb.

XS
SM
MD
LG