Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:43

ABŞ Rusiyanı seçkilərə kiberhücumla ‘müdaxilədə’ ittiham edir


ABŞ ilk dəfə olaraq Rusiyanı ‘Birləşmiş Ştatlardakı seçki prosesinə müdaxilə məqsədilə Amerika rəsmilərini və siyasi təşkilatlarını kiberhücumlarla hədəfləməkdə açıq şəkildə ittiham edib.

Milli Kəşfiyyat İdarəsinin direktoru və Mülki müdafiə naziri oktyabrın 7-də verdikləri bəyanatda deyiblər ki, onlar Demokrat Partiyasının Milli Komitəsi də daxil, bir sıra fərdlərin və qrupların elektron poçtlarına haker hücumlarını Rusiya hökumətinin ‘yönləndirdyinə əmindirlər’.

Bəyanatda deyilir ki, belə haker hücumları yalnız və yalnız Rusiyanın ali rəhbərliyində əyləşənlər tərəfindən sanksiyalana bilərdi.

‘Biz ki, Ağ Evi ittiham etmirik…’

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın bəyanatını ‘bir növ cəfəngiyat’ adlandırsa da, məsələyə Rusyanın qarışdığını danmayıb.

O deyib ki, Putinin saytına da hər gün minlərlə hücum olur və bu hücumlardan bəzilərinin izi gedib ABŞ-a çıxır.

‘Biz ki, buna görə hər dəfə Ağ Evi və ya Langley-ni ittiham etmirik’ – deyib Peskov. Langley deyəndə Putinin sözçüsü MKİ-nin qərargahı yerləşən Virciniya şəhərinə işarə edib.

Dmitri Peskov ABŞ-ın ittihamları rədd edib
Dmitri Peskov ABŞ-ın ittihamları rədd edib

Bundan əvvəl özəl kibertəhlükəsizlik firmaalrı haker hücumlarının arxasında Rusiyanın təhlükəsizlik xidmətlərinin dayandığını iddia etsə də, prezident Barack Obamanın administrasiyası oktyarbrın 5-dək buna görə Rusiya hökumətini açıq şəkildə pisləməkdən çəkinirdi.

Sızdırılmış e-maillər WikiLeaks və DCLeaks.com adlı başqa bir sayt tərfindən dərc edilmişdi. Bu qalmaqalın nəticəsində Milli Demokrat Mərkəzinin sədri olan xanım istefaya məcbur olmuşdu, çünki bu elektron məktublardan mərkəzin prezidentliyə namizəd Hillary Clinton-u onun rəqibi Bernie Sanders-ə qarşı dəstəklədiyi üzə çıxmışdı.

Trump-ın Putin heyranlığı

Respublikaçı namizəd Donald Trump Rusiya prezidenti Vladimir Putin barəsində heyranlıq ifadə edən bəyanatlar verdikdən bəri Rusiya faktoru 8 noyabr ABŞ prezident seçkisində əsas məsələyə çevrilib.

Donald Trump-ın 'Putin heyranlığı' şübhələrə yol açıb
Donald Trump-ın 'Putin heyranlığı' şübhələrə yol açıb

Clinton-un kampaniya komandası iddia edirdi ki, Moskva MDM-in saytına Trump-ın seçkidə qələbəsini təmin etmək məqsədilə hücum edib.

Həm Trump, həm də Moskva bu iddiaları absurd adlandırmışdılar.

ABŞ dövlət katibi John Kerry iyul ayında bu məsələni Rusiya xarici işlər naziri Sergey Lavrovla müzakirə etdiyini bildirmiş və özünü pis söyüş söyməkdən zorla saxladığını söyləmişdi.

Vaşinqtondan oktyabrın 7-də verilmiş bəyanatda deyilir ki, bir neçə ABŞ ştatı əsas etibarilə ‘bir Rusiya şirkətinin serverlrindən hücuma məruz qalıb, hərçənd kəşfiyat rəsmiləri hələlik bu fəaliyyəti Rusiya hökumətinə bağlamaq üçün hazır deyillər’.

Görünür, elə bu məqam ABŞ-a siyasi təşkilatlar üzərinə hücumlara başqa ölkələrə qarşı seçdiyi cəzalandırıcı sanksiya tədbirlərini Rusiyaya tətbiq olunması imkanını vermir.

Respublikaçı senator, ABŞ Senatı Beynəlxalq Kibertəhlükəsizliksizlik alt komitəsinin sədri Cory Gardner ‘Rusiya kiberkriminallarına’ tətbiq ediləcək sanksiyalar barədə qanun layihəsini işləyib hazırlayacağını vəd edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG